Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə119/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   115   116   117   118   119   120   121   122   ...   1820
bu aktda ifadə olunan hüquq normalarının aid edildiyi və ünvanlandığı şəxslərin dairəsi göstərilir. Məsə-

lən, normativ aktda konkret olaraq göstərilə bilər ki, bu akt yalnız vətəndaşların iştirak etdiyi münasibətlərə və 

yaxud yalnız hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə şamil olunur. Bu göstəriş belə bir formada da ifadə 

oluna bilər: bu qanun hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə tətbiq edilmir. 

kinci istisna hal qanunun öz məzmunundan irəli gəlir. Belə ki, normativ aktın özündə onun ünvanlandığı 

subyektlər göstərilmir. Aktın aid edildiyi şəxslərin dairəsi onun məzmunu əsasında müəyyənləşdirilir. Məsələn, 

qüvvədən düşmüş «Kəndli (fermer) təsərrüfatı haqqında» qanunun mahiyyətindən bu qanunun kəndli (fermer) 

təsərrüfatına  şamil  olunduüu  müəyyənləşdirilirdi.  «Xarici  investisiyanın  qorunması  haqqında»  qanunun  məz-

munu bu qanunun xarici investorlara (xarici hüquqi şəxslərə, xarici dövlətlərə, beynəlxalq təşkilatlara, təsərrü-

fat  fəaliyyəti  ilə  məşüul  olmaq  üçün  qeydə  alınmış  xarici  vətəndaşlara  və  s.)  aid  edilməsini  nümayiş  etdirir. 

«Sahibkarlıq fəaliyyəti haqqında»  qanunun məzmunu onun sahibkarlıq fəaliyyəti ilə məşüul olan subyektlərə 

(sahibkarlara) ünvanlandığını göstərir. «Dövlət borcu haqqında» qanunun mahiyyəti açıq-aşkar onu sübut edir 

ki, bu qanun mülki hüququn subyektlərindən biri olan Azərbaycan Respublikasına (dövlətə) aiddir. Qüvvədən 

düşmüş «Müəssisələr haqqında» qanunun məzmunundan görünürdü ki, bu qanun mülki hüququn subyektlərin-

dən biri olan müəssisələrə həsr edilmişdi. «Bələdiyyələrin statusu haqqında», «Bələdiyyənin nümunəvi nizam-

naməsinin təsdiq edilməsi haqqında», «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında», «Bələdiyyələrin 

maliyyəsinin əsasları haqqında» və digər qanunların məzmunundan azıq-aşkar görünür ki, onlar mülki hüququn 

subyektlərindən biri olan bələdiyyələrə həsr edilmişdir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin