Mülki qanunvericiliyin hüquqi qüvvəsinin əhatə etdiyi məsələlərdən biri onun subyektlərə görə qüvvəsi mə-
yən kateqoriya subyektlərinin, yəni fiziki şəxslərin, bələdiyyələrin, dövlətin və hüquqi şəxslərin iştirak etdiyi
Ümumi qayda belədir ki, mülki qanunvericilik aktlarının subyektlərə görə hüquqi qüvvəsi bu aktların məka-
na (əraziyə) görə hüquqi qüvvəsi ilə üst-üstə düşür. Bu, o deməkdir ki, mülki qanunvericilik Azərbaycan Res-
publikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir (MM-in 9-cu maddə-
sinin 1-ci bəndi). O, qüvvədə olduüu Azərbaycan Respublikasının ərazisində yaşayan fiziki şəxslərə, habelə iş-
lər görən, xidmətlər göstərən, mal istehsal edən və s. hüquqi şəxslərə aid edilir. Dövlət ərazisində qüvvədə olan
45
mülki qanunvericilik aktları demək olar ki, həmin ərazidə fəaliyyət göstərən mülki hüququn bütün subyektləri-
nə münasibətdə hüquqi qüvvəyə malikdir. Bu aktların hüquqi qüvvəsi apatridlərin (vətəndaşlıüı olmayan şəxs-
lərin), əcnəbilərin (xarici ölkə vətəndaşlarının), bipatridlərin (ikiqat vətəndaşlıüı olan şəxslərin), habelə xarici
hüquqi şəxslərin ( korporasiya, firma, kompaniya və digərlərinin) iştirak etdiyi münasibətlərə də şamil edilə bi-
lər, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın. Dediklərimizdən belə çıxır ki, ümumi qaydaya görə
mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə
ünvanlanır.
Bununla belə, mülki qanunvericiliyin subyektlərə görə qüvvəsi barədə ümumi qaydadan iki halda istisnaya
yol verilə bilər. Bu, o deməkdir ki, həmin hallarda mülki qanunvericilik aktlarının şəxslərə görə qüvvəsi onların
məkan (ərazi) özrə qüvvəsi ilə üst-üstə düşmür. Birinci hal ondan ibarətdir ki, normativ aktın özündə birbaşa
Dostları ilə paylaş: