Birinci şərt ondan ibarətdir ki, tənzimlənməli olan ictimai münasibət mülki-hüquqi xarakterə malik ol-
malıdır. Bu, o deməkdir ki, hüquqi cəhətdən nizama salınmaüı tələb edən ictimai münasibət öz əlamətinə görə
mülki hüququn predmetinə daxil olmalıdır. Daha doürusu, bu münasibət ya dəyər xarakterli əmlak münasibəti,
ya da ki şəxsi qeyri-əmlak münasibəti olmalıdır.
kinci şərt ondan ibarətdir ki, hüquqi cəhətdən nizama salınmaüı tələb edən ictimai münasibət mülki
qanunvericiliklə və ya tərəflərin sazişi (razılaşması) ilə birbaşa təznimlənməməlidir. Mülki qanunvericilik-
də həmin münasibəti rəsmiləşdirən konkret və dəqiq müəyyən olunmuş mülki hüquq norması ifadə edilmir. Bu
münasibətin qaydaya salınması yolları həmin münasibətdə iştirak edən tərəflərin öz aralarında bağladıqları mü-
qavilədə də göstərilmir. Tərəflər üçün qanun rolunu oynamasına baxmayaraq, müqavilədə müvafiq münasibətin
tənzimlənməsi qaydası nəzərdə tutulmur. Göstərilən halları heç bir şübhə yeri qalmadan müəyyənləşdirmək la-
zımdır.
Dostları ilə paylaş: |