3. Hüququn analogiyası
Bəzi hallarda elə vəziyyət yaranır ki, hüquqi cəhətdən tənzimlənməyi tələb edən ictimai münasibəti qanunun
analogiyası əsasında nizama salmaq mümkün olmur. Belə ki, müvafiq münasibətə tətbiq edilə bilən və mülki
qanunvericilikdə oxşar münasibəti qaydaya salan norma müvcud olmur. Buna görə də qanunun analogiyasından
istifadə etmək imkanı əldən çıxır. Bu cür halda hüququn analogiyası kimi operativ üsulu tətbiq etməklə vəziy-
yətdən çıxış yolu tapmaq mümkün olur.
Hüququn analogiyası dedikdə, hüquqi cəhətdən tənzimlənməyi tələb edən ictimai münasibəti qanunun
analogiyası əsasında nizama salmaq mümkün olmadıqda, yəni oxşar münasibəti rəsmiləşdirən mülki hü-
quq norması olmadıqda, həmin münasibətin mülki hüququn prinsiplərinə istinad etməklə nizamlanması
başa düşülür. Bununla müvafiq münasibətdə iştirak edən tərəflərin hüquq və vəzifələri hüquqi cəhətdən qayda-
ya salınır.
Mülki hüququn prinsipləri qanunda birbaşa və konkret olaraq formulə edilmişdir (MM-in 6-cı maddəsi). Bu
prinsiplər əsasında mülki hüquq subyektlərinin hərəkətlərindən hüquqi nəticə yaranır. Söhbət həmin prinsiplərə
istinad olunmaqla tərəflər üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsindən gedir. Mülki qanunvericilik bu
cür hüquq və vəzifələri rəsmi surətdə tanıyır (MM-in 14-cü maddəsinin 1-ci bəndi). Bu, o deməkdir ki, mülki
hüququn prinsipləri əsasında hərəkətlərdən yaranan mülki hüquq və vəzifələr hüquqi əhəmiyyətə malikdir.
Hüquqtətbiqetmə orqanı hüququn analogiyasından istifadə zamanı təkcə mülki hüququn prinsiplərini əsas
götürməməlidir. O, həm də ədalət, mənəviyyat, vicdan, insaf, mürvət kimi mənəvi-əxlaqi dəyərlərə istinad
etməlidir. Onun hüququn analogiyası əsasında müvafiq münasibəti tənzimləməsi və qaydaya salması aülabatan
olmalıdır.
Hüququn analogiyası institutunu bir sıra ölkələrin (məsələn, Almaniyanın, Büyük Britaniyanın, Hollandiya-
nın, Fransanın, Ispaniyanın və s.) qanunvericiliyi də tanıyır. Ispaniya MM-in 6-cı maddəsi hüququn prinsipləri-
ni hüququn mənbə növlərindən biri kimi müəyyənləşdirir. Misirin, Iraqın və Əlcəzairin mülki məcəllələri ha-
kimlərə müsəlman hüququ prinsiplərini əsas götürməklə qanundakı boşluüu doldurmaq hüququ verir.
Dostları ilə paylaş: |