yin sistemləşdirilməsi dedikdə, bu qanunvericilik sisteminə daxil olan normativ aktlardan təjrübədə mü-
nasib, rahat və əlverişli qaydada istifadə etmək məqsədi ilə həmin aktların nizama salınması başa düşü-
lür. Bu cür nizama salınmaya həm qanunvericinin, həm hüquqtətbiqetmə orqanının, həm də bütün vətəndaşla-
rın maraq və ehtiyacı vardır. Mülki qanunvericiliyin sistemləşdirilməsi nəticəsində hüquq normaları arasında
ziddiyyətlər aradan qaldırılır, köhnəlmiş normalar ləğv edilir və ya dəyişdirilir, yeni normalar sistemə daxil edi-
lir, köhnəlmiş aktlardan qanunvericilik azad olur, normativ materialdan istifadə asanlaşır. Sistemləşdirmə mülki
qanunvericilik üçün mühüm əhəmiyyəti olan məsələdir.
Mülki qanunvericilik üç üsulla sistemləşdirilir. Buna sistemləşdirmənin növləri də deyilir:
●
inkorporasiya;
●
konsolidasiya;
●
məcəllələşdirmə.
Inkorporasiya dedikdə, hüquqi materialın, yəni qüvvədə olan normativ hüquqi aktların məcmuələrdə, toplu-
larda və ya külliyyatlarda müəyyən qaydada elə birləşdirilməsi başa düşülür ki, bu zaman aktların normativ
məzmunu mahiyyətcə dəyişdirilmir. Sistemləşdirmənin bu üsulu nəticəsində qanunvericilik xaricən işlənilir
Dostları ilə paylaş: |