olunur: bu aktlar əlifba sırası, xronoloæi adrıcıllıq və ya tənzimlədiyi ictimai münasibətlər (sahə) kimi əlamətlərə
görə birləşdirilir. Əvvəlcə normativ aktın mətnində rəsmi dəyişikliklər edilir. Sonra qanuni qaydada ləğv edilmiş
və ya qüvvəsini itirmiş normaların ifadə olunduüu maddələr və bəndlər mətndən çıxarılır, yəni mətnə onlar daxil
Inkorporasiya məsələləri ilə həm dövlət orqanları, həm ictimai təşkilatlar, həm qeyri-dövlət təşkilatları, həm
49
də ayrı-ayrı vətəndaşlar məşüul ola bilərlər. Onlar yalnız hüquqyaratma orqanının normativ aktlarda etdiyi dəyi-
ş
ikliyi və əlavələri inkorporativ toplularda (məcmuələrdə, külliyyatlarda) əks etdirirlər. Buna görə də inkorpora-
siyanın iki növü fərqləndirilir: rəsmi inkorporasiya; qeyri-rəsmi inkorporasiya.
Normativ hüquqi aktların rəsmi məcmuə, toplu və ya külliyyatlarda həmin aktları qəbul edən orqanlar, ya-
xud onların tapşırıüı ilə başqa səlahiyyətli orqanlar tərəfindən dərc edilməsinə rəsmi inkorporasiya deyilir. Bu
yolla normativ aktlar qaydaya və sistemə salınır. Göstərilən inkorporasiya rəsmi xarakter daşıyır. O, hüquqi ni-
zamasalmanın məzmununu dəyişdirmir. Rəsmi inkorporasiyaya misal olaraq «Azərbaycan SSR Qanunlar Top-
lusu»nu, «Azərbaycan SSR Hökumətinin Qərarlar Külliyyatı»nı, «Sobranie zakonodatelüstva SSSR» və s. mi-
sal göstərmək olar. 1977-ci ildə SSRI-nin qüvvədə olan qanunvericilik külliyyatının nəşri başa çatdırılmışdır.
Rəsmi inkorporasiyanın iki növü fərqləndirilir: xronoloæi inkorporasiya; predmet özrə inkorporasiya. Nor-
mativ hüquqi aktlar onların dərc olunduüu və qüvvəyə mindiyi vaxta görə qaydaya və sistemə salınırsa, bu cür
sistemləşdirməyə xronoloæi inkorporasiya deyilir. Bu növ sistemləşdirmədə hər bir normativ akta sıra nömrə-
si verilir, onun adı, nəşr olunduüu il, ay, gün, həmçinin maddənin nömrəsi göstərilir. Bu, lazım olan normativ
aktın vaxt itkisinə yol vermədən axtarılıb tapılması, həmin aktlarda ifadə olunan normaların tez müəyyənləşdiri-
lib tətbiq edilməsi işini olduqca asanlaşdırır. Xronoloæi inkorporasiyaya «Azərbaycan Respublikasının
qanunvericilik Toplusu»nu, «Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları-
nın bülleteni»ni misal göstərmək olar.
Dostları ilə paylaş: