Təfsirin subyektləri müxtəlifdir: səlahiyyətli dövlət orqanları; qeyri-dövlət təşkilatları; ictimai təşkilatlar;
ayrı-ayrı vətəndaşlar. Onlara interpretator deyilir. Təfsirin obyekti mülki qanunvericilik sisteminə daxil olan
qanunlar və qanun qüvvəli aktlardır. Təfsirin predmeti isə hüquq yaradan orqanın normativ aktda ifadə olunan
tarixi iradəsindən ibarətdir.
2. Mülki hüquq normalarının təfsirinin növləri
Mülki hüquq normalarının təfsirini müxtəlif əsaslara görə ayrı-ayrı növlərə bölmək olar. Təfsir edən sub-
yektlərə görə onun iki növü fərqləndirilir: rəsmi təfsir; qeyri-rəsmi təfsir.
Rəsmi təfsir odur ki, o, səlahiyyətli orqan tərəfindən verilir. Bu cür təfsir müvafiq hüquq normasını tətbiq
edən şəxslər üçün məcburi xarakter daşıyır. O, hüquqi əhəmiyyətə malik olub, müəyyən hüquqi nəticə əmələ
gətirir. Özü də bu cür təfsir hüquqtətbiqetmə praktikasında mülki hüquq normasının eyni cür başa düşülməsini
və tətbiq olunmasını təmin edir. Rəsmi təfsir öz ifadəsini xüsusi aktda (sənəddə) tapır.
Rəsmi təfsirin özünün iki növü vardır: normativ (ümumi) təfsir; kazual (fərdi) təfsir. Normativ təfsir odur
ki, bu cür təfsir ümumi məcburi xarakterə malik olub, qeyri-məhdud saylı hallara aid edilir və geniş dairəli sub-
yektlərə şamil olunur. Özü də rəsmi təfsir yeni hüquq norması yaratmaüa səbəb olmur.
Normativ təfsir özü iki cür olur: autentik (müəllif) təfsir; leqal (icazə verilmiş) təfsir. Autentik (müəllif) təf-
sir odur ki, bu cür təfsiri hüquq normasını qəbul edən orqan (hüquqyaratma orqanı) verir. Autenik təfsirin sub-
yekti rolunda Milli Məclis, prezident, Nazirlər Kabineti və s. çıxış edə bilər. Məsələn, Milli Məclis özünün qə-
bul etdiyi Mülki Məcəlləni təfsir edərsə, buna autentik (müəllif) təfsir deyilir. Prezidentin öz verdiyi fərmanı
izah etməsi də bu cür təfsirə misal ola bilər.
Təfsir etməyə ixtiyarı olmayan, amma bu məqsədlə müvafiq orqanlardan icazə almış orqanın etdiyi təfsirə
Dostları ilə paylaş: |