Bütün cari mülki qanunvericilik MM-ə səmtlənir və ona tabedir.
MM bütün məcəllələşdirmə aktları kimi müəyyən sistem özrə qurulur. Onun quruluşunda ümumi hissə var-
dır. Bu hissə mülki hüququn xarakterini və məzmununu müəyyənləşdirən sahəvi (xüsusi) prinsipləri və ümumi
müddəaları əks etdirir. Bu cəhət və xüsusiyyət MM-ə imkan verir ki, o, normativ aktların ümumi sistemində
ə
sas və mərkəzi yer tutsun. Buna görə də MM mülki hüququn başlıca və mühüm mənbəyi hesab olunur. O,
mülki qanunvericilik aktlarının əsasıdır. Dediklərimizdən belə bir dözgün nəticə çıxarmaq olar: Konstitusiya-
dan və referendumla qəbul olunmuş qanunlardan başqa, Mülki Məcəllə bütün digər normativ aktlara
münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Əgər onlar arasında ziddiyyət olarsa, onda müvafiq
münasibətə MM-in qaydaları tətbiq edilir.
Xüsusi məcəllələşdirmə odur ki, o, müəyyən yarımsahənin, hüquq institutunun və ya bir neçə hüquq institu-
tunun normalarını birləşdirir. Söhbət ictimai münasibətlərin nisbətən məhdud qrupunu tənzimləyən hüquq nor-
malarının sistemləşdirilməsindən gedir. Mülki hüquqda xüsusi məcəllələşdirmə qanun, o cümlədən məcəllə for-
masında qanun qəbul edilməsində ifadə olunur. Məsələn, xüsusi məcəllələşdirməyə Ailə Məcəlləsini, Ticarət
Gəmiçiliyi Məcəlləsi, beynəlxalq xüsusi hüquq, müəlliflik hüququ, patent, aviasiya və digər məsələlər barədə
qanunları misal göstərmək olar.
Dostları ilə paylaş: |