Qeyri-rəsmi inkorporasiya dedikdə, hüquqyaradıcı orqanın nəzarəti və xüsusi tapşırıüı olmadan qanunveri-
ciliyin ayrı-ayrı təşkilatlar, elmi idarələr, təhsil müəssisələri, alimlər, praktiki işçilər, vətəndaşlar və s. tərəfin-
dən qaydaya salınması və xaricən işlənilməsi başa düşülür. Bu cür inkorporasiya rəsmi xarakter daşımır. Ona
görə də onlara qanunvericiliyin mənbəyi kimi baxmaq olmaz. Hüquq yaradıcılıüı və hüquqtətbiqetmə prose-
sində bu növ inkorporasiyaya istinad etmək olmaz. Burada material inkorporatorun müstəsna dərəcədə istək və
mülahizələri əsasında yerləşdirilir. Qeyri-rəsmi inkorporasiya müəssisələrin, təşkilatların, ayrı-ayrı mütəxəssis-
lərin normativ materiala olan ehtiyac və tələbatını ödəyir. Bu cür inkorporasiyaya «Qanun», «Digesta», «Hüquq
ə
dəbiyyatı» kimi nəşriyyatların dərc etdiyi «Azərbaycan Respublikasının Qanunlar Külliyyatı»nı misal göstər-
mək olar.
Sistemləşdirmənin növbəti üsulu konsolidasiya adlanır. Onun əsas məqsədi normativ aktların çoxsaylı olma-
sını aradan qaldırmaqdan və onları unifikasiya etməkdən ibarətdir. Konsolidasiya dedikdə, eyni növ münasi-
Dostları ilə paylaş: |