Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə142/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   138   139   140   141   142   143   144   145   ...   1820
Doktrinal təfsir odur ki, bu təfsir xüsusi elmi-tədqiqat müəssisələri, ayrı-ayrı alimlər tərəfindən monoqrafi-

yalarda, məqalələrdə, mühazirələrdə, çıxışlarda, konfranslarda, kommentariyalarda və s. verilir. O, qeyri-rəsmi 

təfsirin əsas və mühüm növü sayılır. Ona elmi təfsir də deyilir. Doktrinal təfsirin də məcburi hüquqi qüvvəsi 

yoxdur. Amma buna baxmayaraq, bu təfsir cəmiyyətin hüquqi həyatına mühüm təsir göstərir. Belə ki, doktrinal 

təfsirin verdiyi elmi tövsiyələr səlahiyyətli rəsmi orqanlara onların hüquqyaratma və hüquqtətbiqetmə fəaliyyə-

tində kömək edir.  

Hüquq normalarının təfsirini başqa, ikinci əlamətə — həcmə və təfsirin nəticələrinə görə də təsnifləşdir-

mək olar. Bu əlamətə görə təfsirin üç növü fərqləndirilir: hərfi təfsir; genişləndirici təfsir; məhdudlaşdırıcı təf-

sir. 

Mülki hüquq normaları normativ aktın maddələrində əks olunur. Mülki hüquq mülki hüquq normalarından 



ibarətdir.  Hüquq  norması  mülki  hüququn  əsas  struktur  elementidir.  Normativ  akt  isə  maddələrdən  ibarətdir. 

Maddə isə normativ aktın struktur elementidir. Bax, normativ aktın maddəsi hüquq normasının xarici təzahür, 

ifadə formasıdır. Əgər mülki hüquq norması məzmundursa, maddə formadır.  

Mülki hüquq normasının məzmunu hüquqyaratma orqanının iradəsini ifadə edir. O, öz iradəsini söz vasitəsi-

lə  normativ  aktın  maddələrində  əks  etdirir.  Əgər  hüquqyaratma  orqanının  dövlət  iradəsinin  həqiqi  məzmunu, 

yəni hüquq normasının əsas məzmunu onun normativ aktın maddəsində sözlə ifadəsinə uyüun gələrsə, üst-üstə 

düşərsə, buna hərfi təfsir deyilir. Bu, adekvat təfsir də adlanır.  

Lakin  həmişə  belə  olmur.  Belə  ki,  obyektiv  və  ya  subyektiv  səbəblərə  görə  hüquq  normasının  məzmunu 

onun maddədə sözlə ifadəsinə uyüun gəlməyə də bilər. Əgər hüquq normasının məzmunu onun sözlə ifadəsin-

dən geniş olarsa, onda genişləndirici təfsirdən istifadə olunur. Məsələn, MM-in 1130-cu maddəsində göstərilir 

ki, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) mü-

ə

yyənləşdirilmiş yararlılıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməlidir. Burada «yararlılıq müddəti» kimi 



anlayışı genişləndirici təfsir etmək lazımdır. Belə ki, bu anlayış həm də özündə «xidmət müddəti» kimi anlayışı 

ə

hatə edir. Başqa bir misal. MM-in 464-cü maddəsinin 2-ci bəndində göstərilir ki, əgər qanunla qadaüan edilmə-



yibsə, tərəflər qanun özrə dəbbə pulunun (cərimənin, penyanın) miqdarını artıra bilərlər. Burda «qanun» dedikdə, 

bütün normativ hüquqi aktlar başa düşülür.  

Ə

gər  mülki  hüquq  normasının  həqiqi  məzmunu  onun  sözlə  ifadəsindən  geniş  deyilsə,  məhduddursa,  onda 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin