Qrammatik təfsir üsulu odur ki, bu üsul hüquq normasının mətninin qrammatik təhlil yolu ilə aydınlaşdırıl-
masını nəzərdə tutur. Söhbət qrammatika qaydalarından istifadə olunmaqla hüquq normasının məzmununa ay-
dınlıq gətirilməsindən gedir. Bu üsul əsasında normativ hüquqi aktın mətni morfoloæi və sintaksis təhlil olunur.
Bu təhlil ayrı-ayrı söz və terminlərin, bütün cümlənin qrammatik mənasının aydınlaşdırılmasını əhatə edir.
Cümlələrin mənası müəyyənləşdirilən zaman bağlayıcılar, durüu işarələri (nöqtə, vergül) mühüm rol oynayır.
Qrammatik təfsir üsulu filoloæi və ya dil üsulu da adlanır.
MM-in 586-cı maddəsinin 1-ci bəndində göstərilir ki, qanunvericilikdə, dövlət standartlarının məcburi tələb-
lərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanılması nəzərdə tutula bilər. Burada «və ya»
bağlayıcısına fikir vermək lazımdır. Bu bağlayıcı onu ifadə edir ki, əşyanın keyfiyyətinin yoxlanılması ya
qanunvericilikdə, ya dövlət standartlarının məcburi tələblərində, ya da ki alqı-satqı müqaviləsində göstərilə bi-
53
lər.
Dostları ilə paylaş: |