Tarixi-siyasi təfsir üsulu odur ki, bu üsul mülki hüquq normasının qəbul olunduüu tarixi şəraitin təhlili yolu
ilə həmin normanın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsini nəzərdə tutur. Mülki hüquq normasını bu
normanın qəbul olunduüu tarixi şəraitlə tutuşdurmaqla həmin normanın məzmununun aydınlaşdırılması göstəri-
lən üsulun mahiyyətini təşkil edir. Tarixi-siyasi təfsirin köməyi ilə əsasən iki məsələ həll olunur. Birincisi, bu
üsul mülki hüquq normasının yaranmasının tarixi şəraitini dərindən öyrənməyə imkan verir. kincisi, həmin
üsulun vasitəsi ilə hüquqyaratma orqanının, bu normanı qəbul etməkdə güddüyü əsas sosial-siyasi məqsəd mü-
ə
yyənləşdirilir. Məsələn, MM-in 153-cü maddəsinin 4-cü maddəsində göstərilir ki, bütün mülkiyyətçilərin (yəni
dövlətin, vətəndaşların, bələdiyyələrin, hüquqi şəxslərin) hüquqları eyni, bərabər qaydada müdafiə edilir. Bu
maddədə ifadə olunan hüquq norması Konstitusiyasının 29-cu maddəsində əks edilən belə bir müddəaya uyüun-
dur ki, mülkiyyətin heç bir növünə (dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti kimi növləri-
nə) üstünlük verilmir. Bütün mülkiyyətçilərin hüquqlarının bərabər qaydada müdafiə olunması prinsipi vətən-
daş cəmiyyətinin və bazar iqtisadiyyatının ayrılmaz atributlarından biridir. Hal-hazırda yaşadığımız tarixi dövr
vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının yaradılması ilə xarakterizə olunur. Komanda (sovet) iqtisadiy-
yatı şəraitində dövlət mülkiyyətinə üstünlük verilirdi. Bu iqtisadiyyat üçün dövlət mülkiyyəti inhisarı xarakterik
idi.
Kezən əsrdə 90-cı illərin əvvəllərindən iqtisadiyyat bazar münasibətləri əsasında qurulmaüa başladı. Xüsusi
mülkiyyət qanunvericilik qaydasında rəsmən tanındı. Siyasi demokratikləşmə prosesləri cəmiyyətdə geniş vüsət
aldı. Inzibati-amirlik sistemindən imtina olundu. Bu cür tarixi-siyasi və ictimai-iqtisadi şəraitə uyüun olaraq öl-
kə mülki qanunvericiliyi bütün mülkiyyətçilərin hüquqlarının eyni, bərabər qaydada müdafiə edilməsi barədə
norma ifadə etdi. Bax, bu normanın mənasını tarixi-siyasi təfsir üsulu ilə aydınlaşdırarkən onun qəbul olunduüu
şə
raiti təhlil etmək lazımdır.
Başqa bir misal. MM-in 13-cü maddəsində sahibkarlıq fəaliyyətini rəsmiləşdirən norma ifadə olunur. Bu
normanı tarixi-siyasi üsulla təfsir etdikdə müəyyənləşdiririk ki, həmin normanın qəbul edilməsi bazar iqtisadiy-
yatına keçmək kimi tarixi şəraitlə bağlıdır. Axı, sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının formalaşmasında
böyük rola malikdir. Bu cür fəaliyyət olmadan bazar iqtisadiyyatı yarana bilməz. Həmin normanın sosial məq-
sədi sahibkarlıq fəaliyyətini dəstəkləməkdən və onu inkişaf etdirməkdən ibarətdir.
|