Kühler H. BGB. Allgemeiner Teil. München.1998.
Brehm W. Allgemeiner Teil des BGB. 1997.
Brox H. Allgemeiner Teil des Bürgerlichen Gesetzbuches.1997.
Sakag Vaqaüuma, Toru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983.
MÖVZU 3
Mülki hüquq münasibətləri
§ 1. Mülki hüquq münasibətinin anlayışı və əsas
xüsusiyyətləri
1. Mülki hüquq münasibətinin anlayışı
ctimai həyatda və cəmiyyətdə yaşayan insanlar bir-birləri ilə müxtəlif cür münasibətlərə girir və qarşılıqlı
fəaliyyət göstərirlər. Elə bil ki, insan cəmiyyətinin özü həmin münasibətlərin məcmusundan, bu cür qarşılıqlı
fəaliyyətin məhsulundan ibarətdir. Cəmiyyətdəki münasibət və əlaqələrin əhatə dairəsi həddən ziyadə və son
dərəcə geniş olub, kifayət qədər müxtəlif və rəngarəngdir. Onlara misal olaraq siyasi münasibətləri, dini müna-
sibətləri, iqtisadi münasibətləri, əxlaqi münasibətləri, mədəni münasibətləri və s. göstərmək olar. Özü də bu
münasibətlərin hamısı ictimai münasibətlərdir.
Insan cəmiyyətində meydana gələn və fəaliyyət göstərən ictimai münasibətlərin müxtəlif növləri arasında
hüquq münasibətləri mühüm yer tutur. Dövlət cəmiyyəti hüquq münasibətləri ilə əlaqələndirir və birləşdirir.
Hüquq münasibətləri mürəkkəb xarakterə malik olan məsələdir, çoxtərəfli hadisədir. Buna görə də həmin məsə-
lə hüquq doktrinasında ən mübahisəli məsələlərdən biridir. Uzun müddətdir ki, hüquq münasibəti geniş və qız-
üın diskussiyaların predmetinə çevrilmişdir. Hüquq elmi bu məsələnin məna və mahiyyətinin aydınlaşdırılması-
na xüsusi diqqət yetirir. Odur ki, hüquq münasibətinin işıqlandırılmasına çoxsaylı ədəbiyyat — məqalələr, mo-
noqrafiyalar, tədris və nəzəri əsərlər və s. həsr edilmişdir. Onun bir çox aspektləri hüquq elmində hələ də müba-
hisə predmeti olaraq qalır.
Mülki hüquq münasibəti sivilistika doktrinasının (mülki hüquq elminin) ən vacib və mühüm kateqoriyaların-
55
dan biridir. Mülki qanunvericilik bu kateqoriyaya leqal definisiya (tərif) vermir. Bəs mülki hüquq münasibəti
dedikdə, biz nə başa düşürük? Bu suala dözgün cavab vermək üçün, hər şeydən əvvəl, hüquq münasibətinin
məna və məzmununu açmaüa çalışaq. Yalnız bundan sonra mülki hüquq münasibətinin mahiyyətini başa düşə
bilərik. Axı, mülki hüquq münasibəti hüquq münasibətinin bir növüdür. Hüquq münasibətinin isə müxtəlif növ-
ləri fərqləndirilir: konstitusiya hüquq münasibəti; inzibati hüquq münasibəti; maliyyə hüquq münasibəti; əmək
hüquq münasibəti; cinayət hüquq münasibəti; cinayət-prosessual hüquq münasibəti və s.
Hüquq münasibəti, hər şeydən öncə, hüquqla özvi surətdə bağlıdır. Hüquqla əlaqədar olmayan hüquq mü-
nasibətinin müvcudluüundan söhbət gedə bilməz. Əgər hüquq, hüquq norması müvcud deyilsə, onda hüquq mü-
nasibəti də yoxdur. Dövlətəqədərki, yəni dövlətin meydana gəlməsinə kimi müvcud olan arxaik-ibtidai
cəmiyyətdə hüquq münasibətləri yaranmamışdır. Ona görə ki, həmin cəmiyyətdə hüququn özü olmamışdır. Bu
və ya digər münasibətin məhz hüquqla bağlılıüı onu hüquq münasibəti adlandırmaüa əsas verir. Məsələn, vergi
münasibətləri maliyyə hüququ ilə, əmək münasibətləri əmək hüququ ilə, əmlak münasibətləri mülki hüquq ilə
və s. bağlıdır. Ona görə də bunlar hüquq münasibətləri adlanır. Dediklərimizdən belə çıxır ki, hüquq münasi-
Dostları ilə paylaş: |