bətləri hüquqdan ayrı və ondan asılı olmadan müvcud ola bilməz. Bu iki hüquqi hadisə arasında səbəbli
nəticə əlaqəsi vardır.
Bəs hüquqla hüquq münasibəti arasında bağlılıüın əsas cəhətləri nədən ibarətdir? Bu suala cavab vermək
üçün hüququn sosial təyinatının nədən ibarət olmasını xatırlamaq lazımdır. Hüququn əsas və başlıca təyinatı
ictimai münasibətləri qaydaya və nizama salmaqdan ibarətdir. Hüquq ictimai münasibətlərin xüsusi, rəsmi və
dövlət tənzimləyicisidir. Məhz hüquq münasibətləri vasitəsilə hüquq öz məqsədinə çatır və nail olur. Məhz hü-
quq münasibətləri vasitəsilə hüququn real qüvvə və səmərəli alət olması müəyyənləşdirilir, ifadə edilir. Məsə-
lən, maliyyə hüquq münasibətləri vasitəsilə maliyyə hüququ, əmlak hüquq münasibətlərinin vasitəsilə mülki hü-
quq, əmək hüquq münasibətləri vasitəsilə əmək hüququ və s. özlərinin tənzimləyici funksiyasını və rolunu yeri-
nə yetirir. Deməli, hüquq münasibəti ictimai münasibətin hüquqla tənzimolunma vasitəsidir. Bu, hüquq
münasibəti ilə hüququn bağlılıüını sübut edən birinci xüsusiyyətdir.
Bəs müvafiq ictimai münasibət hüquqla tənzim edildikdə onun nəticəsi nə olur? Bu cür tənzimetmə nəticə-
sində nə yaranır? Qeyd etmək lazımdır ki, hüquq yaradıcı xüsusiyyətə malik deyil. O, yalnız ictimai münasibət-
lərin tənzimləyicisidir. K.Marksın sözləri ilə desək, hüquq özlüyündə heç nə yaratmır, o, yalnız ictimai münasi-
bətləri sanksiyalaşdırır, protokollaşdırır, iqtisadi ehtiyacları ifadə edir. Söhbət hüququn müxtəlif cür ictimai mü-
nasibətləri tənzimləməsindən gedir. Belə ki, vətəndaşlar, təşkilatlar, idarələr və müəssisələr öz müxtəlif tələbatla-
rını təmin etmək üçün cürbəcür ictimai münasibətlərə daxil olurlar. Əgər bu münasibətlər hüquqla tənzimlənərsə,
onda hüquq münasibətləri yaranır. Məsələn, alıcı vətəndaş alqı-satqı müqaviləsi əsasında öz qonşusundan (satıcı-
dan) minik avtomobili alır. Bu, ictimai münasibətdir. Özü də o, mülki hüquqla tənzimlənir. Belə ki, həmin müna-
sibətə alqı-satqı müqaviləsi haqqında mülki hüquq normaları tətbiq edilir. Bu cür tənzimetmə nəticəsində hüquq
münasibəti yaranır. Deməli, hüquq münasibəti hüquqla tənzimetmənin nəticəsidir. Bu, hüquq münasibəti ilə
hüququn bağlılıüını sübut edən ikinci xüsusiyyətdir.
Amma bu, o demək deyildir ki, hüquq münasibətinin yaranmasına hüquq səbəb olur. Əslinə baxsan bu, belə
deyildir. Onun əmələ gəlməsinə hüquq yox, həyati hallar əsas olur. Məhz həyati hallar insanlar arasında münasi-
bətlər yaradır. Hüquq yalnız münasibət iştirakçılarının hüquq və vəzifələrinin əmələ gəlməsini bu hallarla bağlayır
və əlaqələndirir. Bu yerdə K.Marksın ifadəsini işlətmək yerinə düşərdi. O yazırdı ki, yalnız mübadilənin özü fakti-
ki münasibətlər yaradır.
Beləliklə, hüquq münasibəti hüququn yox, hüquqla tənzimetmənin nəticəsidir. Buna görə hüquq münasibəti-
nin yaranmasına hüququn özü səbəb ola bilməz. Hüququn öz-özünə müvcud olması hüquq münasibətinin mey-
dana gəlməsinə dəlalət etmir. Vacibdir ki, müvafiq ictimai münasibət hüquqla tənzimlənsin. Bu isə hüquq mü-
nasibətinə hüquq əsasında əmələ gələn ictimai əlaqə kimi anlayış verən müəlliflərin mövqeyinin qeyri-
inandırıcı olmasını sübut edir.
Qeyd etdik ki, hüququn əsas təyinatı ictimai münasibətləri tənzimləməkdən ibarətdir. Bu və ya digər ictimai
münasibəti tənzimləməklə hüquq həmin münasibətlərə hüquqi forma verir. Bunun nəticəsində bu münasibətlər
yeni keyfiyyətə və xüsusi formaya malik olur. Bu, hüquq münasibəti formasıdır. Lakin ictimai münasibət itmir,
tam saxlanılır. Daha doürusu, hüquqla tənzimlənərkən ictimai münasibətlərə hüquqi örtük və pərdə geydi-
rilir. Amma hüquqla tənzimetmə hər hansı bir yeni ictimai münasibətin yaranmasına səbəb olmur. O, yalnız ar-
tıq müvcud olan real və faktiki münasibətlərə müəyyən hüquqi forma verir. Deməli, hüquq münasibəti hü-
Dostları ilə paylaş: |