Sistemli təfsir üsulu odur ki, bu üsul mülki hüquq normasının məzmununun bu normanın mülki hüquq sa-
həsində tutduüu yeri müəyyənləşdirmək yolu ilə aydınlaşdırılmasını nəzərdə tutur. Belə ki, mülki hüquq norma-
sı digər hüquq norması ilə müqayisə edilir və onların bir-biri ilə qarşılıqlı əlaqəsi müəyyənləşdirilir. Bu yolla
müvafiq normanın məzmununa aydınlıq gətirilir. Hər hansı hüquq norması mülki hüquq sisteminə daxil olan
hər bir norma ilə sıx surətdə bağlıdır. Buna görə də mülki hüquq normasının əsl mənasını başa düşmək üçün
onun başqa norma ilə məntiqi əlaqəsini müəyyən etmək lazımdır. Xüsusən də təfsir edilən normanın onun məz-
mununa yaxın olan digər norma ilə müqayisə olunmasına ayrıca diqqət yetirilir. Qədim dünya mütəfəkkir-filo-
sofları demişkən, həqiqət müqayisə nəticəsində aşkar olunur və özə çıxır.
MM-in 665-ci maddəsində göstərilir ki, dəyişdirmə müqaviləsi özrə dəyişdirilən mallara mülkiyyət hüququ
tərəflərə, hər iki tərəf müvafiq malları vermək vəzifəsini icra etdikdən sonra eyni vaxtda keçir. Bu maddədə ifa-
də olunan hüquq normasının mənasını dözgün başa düşmək üçün onu MM-in 570-ci maddəsində əks edilən
norma ilə müqayisə etmək lazımdır. Bu normaya görə əşyanı vermək vəzifəsinin icrası məqamları bunlardır: əş-
yanın alıcıya təhvil verildiyi məqam; alıcının ixtiyarına verilməsi məqamı; əşyanın daşıyıcıya və ya rabitə təşki-
latına təhvil verilməsi məqamı. Başqa bir misal. MM-in 4-cü maddəsinə görə əmlak dəyəri olan qeyri-maddi
nemətlər mülki hüquq münasibətlərinin obyekti hesab olunur. Bu maddədə ifadə olunan mülki hüquq norması-
nın mənasını dözgün başa düşmək üçün MM-in 135-ci maddəsində (5-ci bənd) əks olunan hüquq normasına
müraciət etmək lazımdır. Həmin maddədə göstərilir ki, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda
və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-
maddi əmlak nemətləri hesab edilir.
Dostları ilə paylaş: |