Microsoft Word mulki huquq doc


§ 7. Mülki hüquq normalarının t



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə139/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   135   136   137   138   139   140   141   142   ...   1820
§ 7. Mülki hüquq normalarının təfsiri 

1. Mülki hüquq normalarının təfsiri anlayışı  

Mülki hüquq normalarının təfsiri hüquqtətbiqetmə prosesinin vacib və zəruri elementidir. Bu və ya digər hü-

quq normasını tətbiq etməmişdən əvvəl onun əsl və həqiqi mənasını başa düşmək, aydınlaşdırmaq, bəzi hallarda 

isə izah etmək lazımdır. Mülki hüquq normalarının təfsiri dedikdə, müxtəlif subyektlərin bu normaların 

ə

sl mənasının, həqiqi məzmununun aydınlaşdırılmasına və izah edilməsinə yönələəqli (intellektual) fəa-

liyyəti başa düşülür. Təfsir nəticəsində mülki hüquq normalarının başlıca və əsas xüsusiyyətləri elmi baxım-

dan aydınlaşdırılır, bu normalarda ifadə olunan dövlət iradəsinin mahiyyəti izah olunur.  

Ə

dəbiyyatda hüququn təfsiri anlayışına münasibət birmənalı deyil. Belə ki, ona üç müxtəlif mövqedən yana-



ş

ılır. Bir qrup müəlliflər belə hesab edirlər ki, hüququn təfsiri yalnız aydınlaşdırma mənasını ifadə edir. Digər 

qrup müəlliflər göstərirlər ki, hüququn təfsiri dedikdə, hüquq normalarının məzmununun izah edilməsi başa dü-

ş

ülür. Üçüncü qrup alimlərin fikrincə, hüququn təfsiri dedikdə, hüquq normalarının mənasının həm aydınlaşdı-



rılması, həm də izah edilməsi başa düşülür. Bizim zənnimizcə, üçüncü qrup müəlliflərin mövqeyi həqiqətə daha 

yaxındır. 

Hüququn təfsiri müxtəlif subyektlərin mürəkkəb və çoxtərəfli fəaliyyətidir. O, müəyyən bir əqli prosesdir. 

Bu prosesin özü iki elementdən ibarətdir: aydınlaşdırma (başa salma); izah etmə. Bu elementlər bir-biri ilə dia-

lektik qarşılıqlı əlaqədədir.  

Təfsir prosesinin birinci elementi aydınlaşdırma adlanır. O, təfsir subyektinin özü üçün və öz daxilində ay-

dınlaşdırmadır.  Belə  ki,  təfsir  subyekti  əvvəlcə  mülki  hüquq  normasının  məzmununu  izah  edir,  bu  normanın 

necə qüvvədə olmasını və fəaliyyət göstərməsini müəyyənləşdirir. Aydınlaşdırma daxili əqli-təfəkkür prosesi-

dir. Özü də o, təfsir subyektinin özünə yönəlir, münasibətlərin digər iştirakçılarına isə ünvanlanmır. Buna görə 

də aydınlaşdırmanın xarici ifadə formaları yoxdur. Hüquq normasının mənası həmişə və bütün hallarda aydın-

laşdırılır.  

Izah etmə təfsir prosesinin ikinci elementidir. Təfsir subyekti özü üçün hüquq normasının məzmununu ay-

dınlaşdırdıqdan sonra bu normanın eyni cür başa düşülməsi və tətbiq olunması üçün onun mənasını və məzmu-

nunu bütün maraqlı şəxslərə aydınlaşdırır. Deməli, mülki hüquq normasının aydınlaşdırılmasından sonra onun 

məzmununun izah edilməsi gəlir. Belə ki, çox vaxt aydınlaşdırma prosesində normanın məzmununun özü aydın 

olmur. Onun hərfi ifadəsi qeyri-dəqiq olur, yaxud təcrübədə dözgün tətbiq olunmur. Belə halda hüquq norması-

nın həqiqi mənasının əlavə olaraq müəyyənləşdirilməsi — izah edilməsi zərurətə çevrilir və tələb olunur. Əgər 

aydınlaşdırma prosesində normanın özü aydın olarsa, onun hərfi ifadəsi dəqiq olarsa və  ya təcrübədə dözgün 



 

51 


tətbiq edilərsə, onda hüquq norması izah edilmir. Dediklərimiz onu sübut edir ki, hüquq normasının aydınlaşdı-

rılmasından sonra onun məzmununun izah edilməsi heç də həmişə lazım gəlmir. 

Izah etmə təfsir prosesinin elə bir elementidir ki, onun vasitəsilə hüquq normasında ifadə olunan dövlət ira-

dəsinin mənası, mahiyyəti müəyyənləşdirilir. O, xarici ifadə formasına, yəni obyektiv (maddi) formaya malik-

dir. ×ox vaxt izah etmə rəsmi sənədlərdə ifadə olunur.  

Beləliklə, mülki hüquq normalarının təfsiri dedikdə, hüquq normasında ifadə olunan mənanın, göstərişin də-

qiq olaraq müəyyən edilməsinə yönələn mürəkkəb iradəvi proses başa düşülür. Bu prosesin nəticələri maraqlı 

subyektlərin nəzərinə çatdırılmaqdan ötrü dərc oluna bilər.  

Mülki hüquq normalarının təfsir edilməsini şərtləndirən hallar müxtəlifdir. Ən birinci hal ondan ibarətdir ki, 

hüquq normaları düsturların, formulların, sözlərin, cümlələrin vasitəsi ilə ifadə olunur. Belə halda onların məna 

və əhəmiyyətini başa düşmək üçün əqli-təfəkkür fəaliyyətinə ehtiyac yaranır.  

kincisi, hüquqyaratma subyekti (qanunverici) dövlət iradəsini rəsmiləşdirmək üçün nisbətən qısa formullar-

dan istifadə edir. Belə halda, şübhəsiz ki, bu formulları açıqlamaq zərurəti yaranır. 

Üçüncüsü, hüquqi texnikanın üsul və vasitələri mükəmməl deyil. Söhbət hüquqi konstruksiyalardan, spesifik 

terminlərdən, istinad sistemindən gedir. Bir sıra hallarda bu vasitə və üsulların başlıca xüsusiyyətlərini müəy-

yənləşdirmək zərurəti yaranır. Belə halda hüququn təfsiri köməyə gəlir.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin