ibarətdir. Hüquq texnikası dedikdə, hüquq normalarının, normativ aktların hazırlanması zamanı, habelə anla-
yışların formulə edilməsində və s. istifadə olunan üsulların, vasitələrin və qaydaların məcmusu başa düşülür.
Hüquqi texnikanın vasitəsi ilə mülki hüquq normaları normativ hüquqi aktın maddələrində əks olunur. O, əsa-
sən hüquqi materialın təşkili ilə, onun xaricən ifadələr olunması ilə bağlıdır. Mülki hüquq normaları normativ
aktda elə təzahür etməlidir ki, o, hüquqyaratma subyektinin aydın və başa düşülən iradəsini ifadə edə bilsin.
Hüquq normasının əsl məzmunu onun normativ aktın mətnindəki formulasına uyüun gəlməlidir. Onlar arasında
ziddiyyət ola bilməz. Göstərilən tələblər pozularsa, onda bu, hüquqi texnikanın qüsurlu, qeyri-mükəmməl olma-
sını göstərir.
Mülki hüquqda boşluüu aradan qaldırmaüın yeganə üsulu səlahiyyətli dövlət orqanı tərəfindən lazım olan
hüquq normasının qəbul edilməsindən ibarətdir. Müvafiq orqan, hüquqi məsələni həll etdiyi zaman hüquqda
boşluq müəyyənləşdirdikdə, o, dərhal norma yarada bilmədiyinə görə bu boşluüu doldura bilməz. Bu normanın
yaradılması üçün hüquqyaratma subyektlərinin fəaliyyət göstərmələri tələb edilir. Amma bu üsulla tez bir za-
manda operativ surətdə mülki hüquqda boşluüu aradan qaldırmaq çox vaxt və əksəriyyət hallarda mümkün ol-
mur. Belə ki, zəruri hüquq normasının qəbul edilməsi norma yaradıcılıüı (hüquq yaradıcılıüı) prosesi ilə bağlıdır.
Norma yaradıcılıüı (hüquq yaradıcılıüı) xüsusi növ fəaliyyət olub, normativ hüquqi akt kimi «məhsul» hazırlayır.
Amma müvafiq hüquqi məsələ tənzimlənməyi, qaydaya salınmaüı və həll olunmaüı tələb edir. Hüquqtətbi-
qetmə orqanının (məhkəmənin və s.) ixtiyarı yoxdur ki, müvafiq hüquq normasının olmamasına görə həmin
məsələni həll etməkdən imtina etsin və boyun qaçırsın. Bu orqan həm də durub gözləməli deyil ki, yeni mülki
hüquq norması yaradılsın. Belə halda çıxış yolu nədədir?
Göstərilən vəziyyətdə konkret hüquqi məsələni və işi analogiya institutunun köməyi ilə həll etmək mümkün
olur. Bu institutu dünyanın demək olar ki, bütün, hər şeydən əvvəl, roman-german və ingilis-amerikan mülki
hüquq ailələri tanıyır. Analogiya anlayışı qədim Roma hüququna da məlum idi.
Dediklərimizdən belə bir nəticəyə gələ bilərik ki, mülki hüquqda boşluq yarandıqda, yəni müəyyən konkret
məsələ mülki hüquq vasitəsilə həll edilməli olduqda, lakin qanunvericilikdə onun hüquqi cəhətdən həlli nəzərdə
tutulmadığı hallarda, onda həmin məsələ analogiyanın köməyi ilə qaydaya salınır. Analogiya (yunanca
analogia - uyüunluq, oxşarlıq) dedikdə həyati halların və hüquq normalarının oxşarlıüı, uyüunluüu başa düşülür.
Hüququ tətbiq edən orqanın analogiyadan istifadə etməsi hüquqda boşluüun aradan qaldırılmasına səbəb ol-
mur. Analogiya ancaq konkret məsələnin öhdəsindən gəlir, maneəni aşır və dəf edir. O, həm də yeni mülki hü-
quq normasının yaradılmasına dəlalət etmir. Analogiya tətbiq edildikdə hər bir konkret iş özrə fərdi qərar qəbul
edilir. Bu qərar oxşar münasibətlər üçün məcburi qüvvəyə malik deyildir. Analogiya hüquqda boşluüu aradan
qaldırmasa da, o, gələcəkdə oxşar işlərin həllinə kömək edə bilər.
Analogiyanın tətbiq edilməsi konkret işin özbaşına həll edilməsi demək deyil. Belə ki, bu institutun vasitəsi
ilə hüquqi məsələ həll edilərkən qanunçuluq və ədalət kimi prinsiplər əsas götürülür. Burada ümumən bütövlük-
də hüquq sistemində və ya oxşar münasibəti tənzimləyən ayrı-ayrı hüquq normalarında ifadə olunan dövlət ira-
dəsi mühüm rol oynayır.
Sivilistika elmində və qanunvericilikdə analogiyanın iki növü fərqləndilir: qanunun analogiyası; hüququn ana-
logiyası. Bunlar tənzimlənməyi və həll edilməyi tələb edən konkret məsələni qaydaya salmaüın iki cür operativ
metodudur.
Analogiya institutuna münasibət birmənalı deyil. Belə ki, bu institutdan bütün hüquq sahələrində eyni qayda-
da və dərəcədə istifadə olunmur. Elə hüquq sahəsi vardır ki, burada analogiyanın tətbiqi istisna edilir. Məsələn,
cinayət hüququnda analogiyadan istifadə edilməsi yolverilməzdir. Bu hüquq sahəsində «qanunda göstərilməyən
və nəzərdə tutulmayan cinayət yoxdur» kimi dönməz prinsip fəaliyyət göstərir. Bu prinsip şəxsin müdafiəsi
üçün təminat rolunu oynayır. Cinayət hüququndan fərqli olaraq mülki hüquq analogiyadan istifadə olunmasını
yasaqlamır, əksinə, qanunvericilik qaydasında onu möhkəmləndirir (MM-in 11-ci maddəsi).
|