kətlərin edilməsini tələb edə bilər ki, borclu şəxs həmin hərəkətləri etməyə borclu olsun.
Öhdəlik əmlak hüquq münasibəti olduğuna görə borclu şəxsin etdiyi hərəkətlər əmlak xarakterinə malikdir.
Belə ki, onun əmlakın verilməsinə, iş görülməsinə, xidmət göstərilməsinə, pul verilməsinə və s. yönələn hərə-
kətləri mülki dövriyyə subyektlərinin əmlak mənafeyinin ödənilməsinə yönəlir. Bununla belə, borclu şəxsin et-
diyi hərəkətlər qeyri-əmlak xarakterli də ola bilər. Məsələn, tapşırıq müqaviləsi əsasında tapşıran vəkalət alana
hər hansı bir sənəd almaq üzrə hərəkət etmək tapşırığı verir. Bu halda borclunun hərəkəti qeyri-əmlak təbiətinə
malikdir. Lakin borclu şəxsin qeyri-əmlak xarakterli vəzifə daşıması öhdəliyin təbiətinə təsir göstərmir. O, yenə
də əmlak xarakterli hüquq münasibəti olmaqda qalır.
Dostları ilə paylaş: |