Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1207/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1203   1204   1205   1206   1207   1208   1209   1210   ...   1820
3. Öhdəliyin əmələ gəlmə əsasları 

Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onla-

rın  yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. 

Başqa sözlə desək, öhdəliklər hüquqi faktlar əsasında əmələ gəlir. Qanun öhdəliyin tərəfləri üçün hüquq və vəzi-

fələr müəyyənləşdirilməsini bu faktlarla əlaqələndirir. 

Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi kifayət qədər genişdir. Bu faktların təxmini 

dairəsi qanunda müəyyənləşdirilmişdir. MM-in 386-jı maddəsi öhdəliyin əmələ gəlməsi əsaslarını tənzimləyir. 

Bu normada öhdəliyin əmələ gəlməsinin müqavilə, zərər vurmaq, əsassız varlanma kimi əsasları göstərilmişdir. 

Bunlarla yanaşı, öhdəliklər MM-də nəzərdə tutulan digəəsaslardan da yarana bilər. 

Öhdəliyin əmələ gəlməsinin ən geniş yayılmış əsası müqavilədir. Müqavilə öhdəliyin yaranmasını şərtləndi-

rən hüquqi faktlar arasında mühüm yer tutmaqla aparıjı rola malikdir. Bu cür müqavilələrin sayı kifayət qədər çox 

və müxtəlifdir: alqı-satqı müqaviləsi; dəyişmə müqaviləsi; icarə müqaviləsi; kirayə müqaviləsi; daşıma müqavilə-

si; sığorta müqaviləsi; kredit müqaviləsi və s. Azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iq-

tisadi fəaliyyət növü ilə məşğul olmaq üçün mülki hüququn subyektləri müxtəlif müqavilələr bağlayırlar. Özü də 

onlar  müqavilə  bağlamaqda  müstəqildir.  Müqavilə  azadlığı  mülki  qanunvericiliyin  əsas  prinsiplərindən  biridir 

(MM-in 6-jı maddəsi). 

stehsalı zəruri xammalla, materialla təmin etmək üçün, hazırlanmış məhsulu realizə etmək üçün alqı-satqı 

və mal göndərmə müqaviləsindən istifadə edilir. Ev, qarac, mənzil tikmək üçün, müxtəlif təmir işlərini görmək 

üçün vətəndaş tikinti təşkilatı ilə podrat müqaviləsi bağlayır. Yükü, baqacı və sərnişinləri təyinat yerinə çatdır-

maq üçün daşıma müqaviləsindən istifadə olunur. 

Bazar münasibətləri şəraitində müqavilə iqtisadi əlaqələri tənzimləyəən universal hüquqi aləkimi çı-

xış edir. O, normal əmtəə-mal dövriyyəsinin və prosesinin əsası rolunu oynayır. K.Marksın dili ilə desək, müqa-

vilə əmtəə mübadiləsi münasibətlərini və iqtisadi əlaqələri rəsmiləşdirən hüquqi formadır. Müqavilə elə bir əl-

verişli hüquqi formadır ki, o, tərəflərə özlərinin əmlak mənafelərini dəqiq ifadə etmələrinə imkan verir. Müqa-

vilənin rolu təkjə bununla, yəni öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış etməklə bitmir. 

O, həm də müqavilə bağlayan tərəflərin hüquq və vəzifələrini müəyyən edir.  

Öhdəliyin  əmələ  gəlmə  əsaslarından  biri  birtərəfli  əqdlərdir  (hərəkətlərdir).  Ata  öz  itmiş  uşağını  tapan 

şə

xsə televiziya vasitəsilə xüsusi mükafatlandırma vədi barədə açıq elan verir. Uşaq tapılır. Onu tapan şəxsə nə-



zərdə tutulan mükafat verilir. Bu halda atanın birtərəfli hərəkətindən (əqddən) xüsusi mükafatlandırma öhdə-

liyi yaranır (MM-in 1079-ji maddəsi). Ədəbi təşkilat ən yaxşı dram əsəri yaratmağa görə priz vermək barədə 

yerli mətbuat səhifələrində açıq elan verir. Müsabiqə qalibi müəyyən edilir və ona priz verilir. Belə halda mü-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1203   1204   1205   1206   1207   1208   1209   1210   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin