Hakimiyyət aktlarından biri sayılan məhkəmə qərarları əsasında da öhdəlik yarana bilər. Belə halda
məhkəmə qərarı öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış edir. Xüsusilə qiymətli və dövlət
tərəfindən qorunan sərvətlər sırasına daxil edilmiş mədəni sərvətlər mülkiyyətçi tərəfindən təsərrüfatsızjasına
saxlana bilər. Bu isə onların öz əhəmiyyətini itirmək təhlükəsi yaradır. Bu sərvətlər məhkəmənin qərarına əsa-
sən, mülkiyyətçidən alınır və dövlət mülkiyyətinə keçir. Dövlət həmin sərvətin qiymətini ödəyir. Belə halda
mədəni sərvətin mülkiyyətçisi ilə dövlət arasında öhdəlik yaranır ki, bu cür öhdəliyin əmələ gəlmə əsası kimi
məhkəmə qərarı çıxış edir (MM-in 208-ji maddəsi).
Öhdəliyin əmələ gəlməsini şərtləndirən əsaslardan biri mülki hüquq subyektlərinə vurulan ziyandan iba-
rətdir. Belə hallarda şəxsin hüquqazidd hərəkəti, yəni mülki hüquq pozuntusu öhdəliyin əmələ gəlməsinə səbəb
olan hüquqi fakt rolunu oynayır. Bu cür mülki hüquq pozuntusu delikt adlanır. Qanun müəyyən edir ki, başqa
şə
xsə zərər vurmaq mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (MM-in 14-cü maddəsinin 2-
ji bəndinin 6-jı yarımbəndi). Məsələn, minik avtomobilini yüksək sürətlə idarə edən sürücü (zərərvuran) vətən-
daşın (zərərçəkənin) əmlakını zədələyir. Bununla əmlaka ziyan vurulur. Belə halda ziyan vurmaq nəticəsində
hüquq münasibəti yaranır ki, bu cür münasibətə ziyan vurmaq nəticəsində əmələ gələn öhdəlik və ya delikt öh-
dəliyi deyilir. Zərər vurmaq faktı bu öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edir. Zərərvuran sürücü əmlaka vu-
rulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. O, həmin öhdəlikdə borclu şəxs, əmlakına zərər vurulmuş və-
təndaş (zərərçəkən) isə kreditor rolunda çıxış edir. Vətəndaş (zərərçəkən) kreditor kimi zərərin əvəzinin ödənil-
məsini tələb etmək hüququna malikdir. Başqa bir misalda sərxoş vəziyyətdə kənd sakini öz qonşusuna xəsarət
yetirir. Bunun nəticəsində qonşunun sağlamlığı pozulur və əmək qabiliyyətini müvəqqəti itirir, habelə aylarla
işə çıxmadığına görə qazanjdan (gəlirdən) məhrum olur. Bununla belə, qonşu sağlamlığın pozulması ilə bağlı
ə
lavə xərclər çəkir, o cümlədən müalijəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına və s. xərclər çəkir. Belə
halda kənd sakini ilə (zərərvuranla) qonşu (zərərçəkən) arasında delikt öhdəliyi yaranır ki, kənd sakininin hüqu-
qazidd hərəkəti (xəsarət vurmaq faktı) bu öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edir. Bu öhdəlikdə qonşu onun
çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan kreditor, kənd sakini isə bu zərərin
ə
vəzini ödəməyə borclu olan şəxsdir.
Beləliklə, delikt öhdəlikləri hüquqazidd hərəkətlərdən əmələ gəlir. Bu cür hərəkətlər iqtisadi dövriyyənin
normal fəaliyyət göstərməsinə mane olur. Həmin hərəkətlər nəticəsində mənfi nəticələr yaranır. Bu cür nəticələ-
ri aradan qaldırmaq üçün qanun xüsusi xarakterli delikt öhdəliyi nəzərdə tutur (MM-in 9-cu bölməsi, 1096-
1132-ji maddələr). Lakin delikt öhdəlikləri hüquqauyğun nəticəyə nail olunmasına yönəlir. Bu nəticə isə iqtisa-
389
di dövriyyə iştirakçılarının pozulmuş əmlak vəziyyətini bərpa etməkdən ibarətdir.
Öhdəliyin əmələ gəlmə əsaslarından biri əsassız varlanmadır. Qanun əsassız varlanmanın mülki hüquq və
vəzifələrin əmələ gəlmə əsaslarından biri kimi nəzərdə tutur (MM-in 14-cü maddəsinin 2-ji bəndinin 7-ji yarım-
bəndi). Belə ki, əsassız varlanmadan öhdəlik yaranır. Hələ neçə əsr bundan əvvəl Roma hüququ onu kondikasi-
Dostları ilə paylaş: |