Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1212/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1208   1209   1210   1211   1212   1213   1214   1215   ...   1820
hüquqi faktı birləşdirir: inzibati aktı; müqaviləni. Yalnız hər iki hüquqi fakt mövcud olduqda mürəkkəb hü-

quqi tərkib yaranır və bu tərkib öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edir. Bunlardan biri olmadıqda, mürək-

kəb hüquqi tərkib yaranmır və belə halda öhdəliyin mövcudluğundan söhbət gedə bilməz. 

Mürəkkəb hüquqi tərkib planlı iqtisadiyyatın (Sovet iqtisadiyyatının) mövcudluğu şəraitində daha geniş ya-

yılmışdı.  qtisadiyyatın  planlı  surətdə  idarə  edilməsi  dövründə  bütün  təsərrüfat  öhdəlikləri  mürəkkəb  hüquqi 

tərkibə əsaslanırdı: plan aktına; müqaviləyə. Məsələn, tədarük öhdəliyinin yaranması üçün həm inzibati aktın 

(məhsul  bölgüsünə  dair  plan  aktının),  həm  də  bu  akt  əsasında  bağlanmış  tədarük  müqaviləsinin  olması  tələb 

olunurdu (1964-cü il MM-in 254-cü maddəsi).  

Bazar iqtisadiyyatına və münasibətlərinə keçilməsi mürəkkəb hüquqi tərkibin rolunu xeyli məhdudlaşdırır. 

Öhdəliyin əmələ gəlməsinin bu cür əsası öz təbiətinə görə əmtəə-pul münasibətləri olan müasir iqtisadi dövriy-

yə üçün xarakterik deyil. Belə ki, bazar iqtisadiyyatı şəraitində təsərrüfat əlaqələrinin sabitliyi əmtəə-pul müna-

sibətləri iştirakçılarının iqtisadi maraqlarına əsaslanır. Bu maraq isə onlar arasında bağlanan müqavilələrdə ifa-

də olunur.  

Müasir dövrdə mürəkkəb hüquqi tərkibin əhəmiyyəti və rolu məhdudlaşmışdır, lakin tam itməmişdir. Bu cür 

mürəkkəb tərkib mülki-hüquqi öhdəliyin  əmələ gəlməsinə səbəb ola bilər. Məsələn, dövlət təsərrüfatsızjasına 

saxlanılan mədəni sərvətləri satınalma yolu ilə ala bilər (MM-in 208-ji maddəsi). Belə halda dövlətlə mədəni 

sərvətin mülkiyyətçisi arasında öhdəlik yaranır ki, mürəkkəb hüquqi tərkib bu öhdəliyin əmələ gəlmə əsası kimi 

çıxış edir: məhkəmə qərarı (hakimiyyət aktı); alqı-satqı müqaviləsi. 

Öhdəliyin əmələ gəlmə əsaslarından biri hadisələrdir. Hadisələr insan iradəsindən asılı olmayaraq baş verən 

hüquqi faktlardır. Hüquqi əməllər kimi hadisələr də öhdəliyin əmələ gəlməsinin geniş yayılmış əsası hesab edil-

mir. Lakin real həyatda hadisələrin öhdəliyin yaranmasına əsas olan hüquqi faktlar kimi çıxış etməsi halına rast 

gəlmək mümkündür. Məsələn, naviqasiya mövsümi hadisədir. Bu, yazın gəlməsi və havaların isinməsi ilə bağlı 

olaraq, çay və dənizlərdə buzun əriməsi, bunun nəticəsində isə su yolu ilə yük daşınmasına imkan verən möv-

sümdür. Naviqasiya mövsümünün açılması ilə yük daşıma öhdəliyi yaranır və icra edilir, yəni çay və dəniz nəq-

liyyatı ilə yük təyinat məntəqəsinə daşınır. 

Qanun hadisələri mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri hesab edir (MM-in 14-cü mad-




 

390


dəsinin 2-ji bəndinin 9-cu yarımbəndi). Lakin ümumi qaydaya görə, hadisələr çox vaxt öhdəliyin əmələ gəl-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1208   1209   1210   1211   1212   1213   1214   1215   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin