Çoxpilləli təsnifat qaydasına görə, bütün öhdəliklər iki tipə bölünür (öhdəliyin əmələ gəlmə əsasına görə):
müqavilə öhdəlikləri tipinə; müqavilədənkənar öhdəliklər tipinə.
Müqavilə öhdəlikləri odur ki, bu öhdəliklər müqavilə əsasında əmələ gəlir. Müqavilə olmayan digər hüquqi
faktlardan əmələ gələn öhdəliklər müqavilədənkənar öhdəliklər adlanır. Müqavilə öhdəliklərinin məzmunu,
ə
sasən, tərəflərin razılığı və sazişi ilə, müqavilədənkənar öhdəliklərin məzmunu isə yalnız qanunla müəyyən
edilir.
Müqavilə öhdəlikləri, öz növbəsində, qruplara bölünür. Bu qruplara aiddir: əşyanın mülkiyyətə və digər
əş
ya hüququna verilməsi üzrə öhdəlik qrupu; əşyanın istifadəyə verilməsi üzrə öhdəlik qrupu; iş görülməsi üzrə
öhdəlik qrupu; xidmət göstərilməsi üzrə öhdəlik qrupu; əqli mülkiyyət obyektlərindən istifadə üzrə öhdəlik qru-
pu; çoxtərəfli əqdlərdən əmələ gələn öhdəlik qrupu.
Müqavilədənkənar öhdəliklər iki qrupa bölünür. Bu qruplara aiddir: birtərəfli əqdlərdən (hərəkətlərdən) əmə-
lə gələn öhdəliklər; mühafizəediji (qoruyucu) öhdəliklər.
Hər bir qrup öhdəlik ayrı-ayrı növlərə bölünür. Əşyanın mülkiyyətə və digər əşya hüququna verilməsi
|