yin məzmunu (tərəflərin hüquq və vəzifələri) isə dəyişmir, olduğu kimi saxlanılır. Ona görə də sedentin tə-
ləbi sessionara hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir (MM-in 196-jı maddəsinin
1-ji bəndi). Sessionara öhdəliyin icrasını təmin edən hüquqlar da (girov hüququ, zaminlik, ipoteka hüququ, dəb-
bə pulu və s.) keçir. Məsələn, borc girovla təmin edilərsə, onda sessionar da həmin təminatdan istifadə edir.
Sessionara həm də tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq da keçir. Bu qay-
da gəlirlərə, bəhərlərə, xərclərin əvəzinin ödənilməsinə də şamil edilir.
Qanun borclunun mənafeyini də nəzərə alır. Belə ki, o, sessionarın tələbinə qarşı etiraz edə bilər. O, sedentə
qarşı malik olduğu etirazları sessionara verir. Özü də o, yalnız bildiriş aldığı anda sedentə qarşı malik olduğu
etirazları irəli sürə bilər. Tələb sedentdən sessionara güzəşt edildiyi məqamda mövcud olan etirazlar irəli sürülə
bilməz və bu, nəzərə alınmır.
Sessiya qanunda nəzərdə tutulan müəyyən formada bağlanır. MM-in 194-cü maddəsinin 4-cü bəndi sessiya-
nın formasını tənzimləyir. Qanun müəyyən edir ki, sessiyanın forması sessiyanın əmələ gəlməsinə əsas olan
ə
qdin forması ilə müəyyən edilir. Belə ki, əgər həmin əqd (əsas) sadə yazılı formada bağlanarsa, onda sessiya
da bu formada bağlanır. Məsələn, sadə yazılı formalı borc müqaviləsindən irəli gələn tələb hüququ güzəşt edi-
ləndə, sessiya da sadə yazılı formada olur. Şifahi formalı borc müqaviləsindən əmələ gələn tələb hüququ güzəşt
edildiyi halda, sessiya da şifahi formada olur.
Dostları ilə paylaş: |