§ 1. Müqavilənin anlayışı, əhəmiyyəti
və əsas xüsusiyyətləri
1. Müqavilənin anlayışı və mahiyyəti
Müqavilə anlayışı hüququn müxtəlif sahələrində işlədilir. Beynəlxalq hüquqda müqavilə, saziş, konvensiya,
pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələrdən istifadə olunur.
Beynəlxalq müqavilə dedikdə, dövlətin xarici dövlətlər və beynəlxalq təşkilatlarla yazılı şəkildə bağladığı razı-
laşma başa düşülür. Əmək hüququ sahəsində əmək müqaviləsi (kontraktı) adlı hüquqi konstruksiya tətbiq olu-
nur. Əmək müqaviləsi vətəndaşların Konstitusiyada təsbit edilmiş əmək hüququnun həyata keçirilməsinin əsas
forması olub, işçi ilə işəgötürən arasında bağlanan sazişdir. Ailə hüququ sferasında, əsasən, nikah kontraktı
konstruksiyasından, ekologiya hüququnda təbiət obyektlərindən istifadə olunması haqqında müqavilə formasın-
dan istifadə edilir.
Mülki hüquq münasibətləri sferasında da müqavilələrdən geniş səviyyədə istifadə olunur. Geniş spektrli mülki
hüquq və vəzifələrin əmələ gəlməsi məhz bilavasitə müqavilələrlə bağlıdır. Mülki hüquqla tənzimlənən münasi-
bətlər sahəsində tətbiq olunan müqavilələr mülki-hüquqi müqavilələr anlayışı ilə əhatə olunur. Mülki hüquqda
«müqavilə» termini, əsasən, üç mənada işlədilir:
●
hüquqi fakt mənasında;
●
müqavilə öhdəliyi (hüquq münasibəti) mənasında;
●
sənəd mənasında.
Dostları ilə paylaş: |