Subroqasiya tələbin güzəştinin elə bir formasıdır ki, buna görə zərərin əvəzinin üçüncü şəxs (təqsirkar
şə
xs) tərəfindən ödənilməsini tələb etmək hüququ sığortalıdan sığorta ödənişi məbləğində bu ödənişi ver-
miş sığortaçıya keçir (MM-in 936-jı maddəsinin 1-ji bəndi, «Sığorta haqqında» qanunun 37-ji maddəsinin 1-ji
bəndi). Özü də dərhal qeyd etməliyik ki, subroqasiya institutu yalnız qeyri-həyat sığortasında, yəni zərərdən sı-
ğ
orta və mülki məsuliyyətin sığortasında istifadə olunur. Həyat sığortasında bu anlayış tətbiq edilmir.
Subroqasiyanın mənasını başa düşmək üçün konkret misala müraciət edək. Vətəndaş özünə məxsus olan
nəqliyyat vasitəsini sığortalayır və bu məqsədlə sığorta təşkilatı ilə (sığortaçı ilə) sığorta müqaviləsi bağlayır.
Başqa bir vətəndaş yüksək sürətlə idarə etdiyi yük maşını ilə həmin nəqliyyat vasitəsini tamamilə əzərək, onu
sıradan çıxarır və istifadə üçün yararsız hala salır. O, təqsirkar şəxs hesab olunur. Bununla sığorta hadisəsi baş
verir və sığortaçı müqaviləyə uyğun olaraq, nəqliyyat vasitəsi sahibinə (sığortalıya) sığorta ödənişi (15 min ma-
nat məbləğində) verir. Nəqliyyat vasitəsi sahibinin təqsirkar şəxsə vurduğu ziyanın ödənilməsini tələb etmək
hüququ vardır. O, 15 min manat məbləği həcmində (yəni sığortaçının nəqliyyat vasitəsi sahibinə verdiyi sığorta
ödənişi həcmində) bu tələb hüququnu sığorta təşkilatına (sığortaçıya) güzəştə gedir. Həyata keçirilən bu akta
subroqasiya deyilir.
Subroqasiya institutunun tətbiqini təkjə sığorta münasibətlərilə məhdudlaşdırmaq olmaz. Bu institutdan həm
də qeyri-sığorta münasibətləri sferasında istifadə etmək olar. Məsələn, kreditor (girov saxlayan) borcluya (girov
qoyana) məxsus əşyaya (girov qoyulmuş əşyaya) məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əş-
yaya hüquqların (mülkiyyət hüququnun) itirilməsi təhlükəsi yarana bilər. Onda hər hansı bir üçüncü şəxs kredi-
torun tələbini ödəyə bilər. Bundan sonra tələb hüququ üçüncü şəxsə keçir (MM-in 431-ji maddəsinin 3-cü bən-
di). Bu qeyri-sığorta hüququ sahəsində, yəni girov hüququ sferasında subroqasiyadır. Məsələn, vətəndaş bank-
dan kredit alır və əmlakını girov qoyur. Kredit müqaviləsinin müddəti başa çatır, amma vətəndaş krediti qaytar-
mır. Belə halda bank girov qoyulmuş əmlaka tələb yönəldir. Vətəndaşın yaşayış evinə olan mülkiyyət hüququ-
nun itirilmək təhlükəsi yaranır. Vətəndaşın yaxın qohumu olan sahibkar banka kredit məbləği həcmində pul
ödəyir. Belə halda tələb hüququ bankdan həmin sahibkara keçir.
Subroqasiya sessiyadan fərqli cəhətlərə malikdir. Bu anlayışlar bir-birindən, əsasən, iki xüsusiyyəti ilə fərqlə-
Dostları ilə paylaş: |