Müqavilənin təşəbbüskarlıq funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, müqavilədə iştirak edən tərəf-
lərin təşəbbüskarlığının təzahür aktıdır. Məhz müqavilə əsasında mülki hüquq münasibəti əmələ gəlir.
Müqavilənin təminat funksiyası onda ifadə olunur ki, o, tərəflərin öz vəzifələrini lazımınja icra etmələrini
stimullaşdırmaq üçün müvafiq qarantiya tədbirləri nəzərdə tutur. Söhbət girov, beh, zaminlik və dəbbə pulu
haqqında sazişlərdən gedir. Məsələn, müqavilə bağlayan tərəflər beh haqqında razılığa gəlirlər. Beh isə müqavi-
lənin icrasını, yəni tərəflərin öz vəzifələrini icra etmələrini təmin edən pul məbləğidir.
Dostları ilə paylaş: |