2. Müqavilənin funksiyaları və əhəmiyyəti
Müqavilənin əhəmiyyəti onun funksiyalarında təzahür edir. Müqavilənin funksiyası dedikdə, hüquqi akt ki-
mi müqavilənin ictimai münasibətlərə qanunla müəyyən edilən və ya yol verilən təsir göstərməsi başa düşülür.
O, bir neçə funksiya həyata keçirir: tənzimetmə funksiyasını; təşkilati funksiyanı; təşəbbüskarlıq funksiyasını;
təminat funksiyasını; müdafiə funksiyasını; informasiya funksiyasını.
Müqavilənin tənzimetmə funksiyası onun ictimai münasibətləri qaydaya salmasından ibarətdir. O, elə bir
zəruri vasitədir ki, onun köməyilə əmtəə-pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi
qaydaya salınır və rəsmiləşdirilir. qtisadiyyat, sosial-iqtisadi, mədəni həyat sahələrində müqavilə kateqoriya-
sından geniş səviyyədə istifadə olunur.
Öhdəlik hüququ bazarı, bazar əmtəə dövriyyəsini rəsmiləşdirir. Onun əsas təyinatı iqtisadi dövriyyəni, yəni
ə
mtəə mübadiləsini tənzim etməkdən ibarətdir.
Bazar daim təkrar olunan alqı-satqı aktlarının və mübadilə sahəsində sosial-iqtisadi münasibətlərin məjmu-
sudur. Həmin münasibətlər nəticəsində mallar realizə edilir. Bazar məhsul istehsalçıları ilə onu istehlak edənlər
arasında yaranan münasibətləri xarakterizə edir. Bu münasibətlər məhsulun (malın) və xidmətlərin alqı-satqısı
prosesində təzahür edir. Mahiyyətinə görə bazar istehsal olunmuş nemətlərin sərbəst ekvivalent mübadiləsidir.
O, istehsalı istehlakla bilavasitə əlaqələndirir, istehlakçının tələbatını istehsala yönəldir.
Bazarın bir-birilə qarşı-qarşıya duran iki subyekti vardır: alıcı və satıcı. Mübadilə sahəsində həmin subyekt-
lər arasında əmələ gələn iqtisadi münasibətlər bazar münasibətlərinin mahiyyətini təşkil edir. Bu cür münasibət-
lər hüquqi cəhətdən müqavilə vasitəsilə rəsmiləşdirilir. Müqavilə ən münasib, ən effektiv və ən əlverişli hüquqi
alətdir. Bazar münasibətlərini qaydaya salmaq üçün müqavilədən savayı səmərəli vasitə yoxdur. Ona görə ki,
müqavilə əmtəə dövriyyəsi iştirakçılarına öz mənafe və iradələrini ifadə etməkdə geniş imkanlar verir. Belə ki,
ə
mtəə dövriyyə iştirakçıları müstəqil əmtəə sahibləridirlər. Onlar bazar əmtəə mübadiləsini həyata keçirirlər. Bə-
rabərhüquqlu əmtəə sahibləri öz mənafelərini və qarşılıqlı razılığa əsaslanan iradələrini ifadə etmək üçün müqavi-
lədən istifadə edirlər. Buna görə də müqavilə iqtisadi mübadilə və dövriyyə münasibətlərinin hüquqi formasıdır.
O, bazar əmtəə dövriyyəsini, bazarı qaydaya salır. Müqavilənin tənzimetmə funksiyası da məhz bundan ibarətdir.
Dostları ilə paylaş: |