rəflərin qarşılıqlı münasibətlərinin təşkil edilməsində müqavilənin ən effektiv üsul olmasını ifadə edir. Müqavi-
lə bağlamaq və onu icra etmək yolu ilə əmtəə istehsalçıları müstəqil olaraq məhsulların (malın, işin, xidmətin)
410
istehsalını və satışını təşkil edirlər. Bununla onlar iqtisadi dövriyyə münasibətlərinin məzmununu və xarakterini
müəyyənləşdirirlər.
Müqavilənin təşkilati funksiyası onda təzahür edir ki, o, təsərrüfat fəaliyyətinin təşkilinin səmərəli üsuludur.
Onun köməyilə iqtisadi dövriyyə münasibətləri tərəflərin öz-özünü tənzimləməsinə məruz qalır. Təsadüfi deyil-
dir ki, müqaviləni «iki tərəf üçün qanun» adlandırırlar.
Dostları ilə paylaş: