rinji əsas əlamətidir.
Müqavilə əqd kimi öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsası kimi çıxış edir. Bütün ikitərəfli və
çoxtərəfli əqdlər müqavilə hesab edilir. Ona görə də müqavilənin özünə əqdlər və onun forması barədə müvafiq
qaydalar tətbiq edilir. Dediklərimizdən belə çıxır ki, istənilən hər hansı bir müqavilə həmişə əqddir. Lakin
istənilən əqd müqavilə hesab edilmir. Birtərəfli əqdlər müqavilə deyildir. Məsələn, vəsiyyət etmək, miras əm-
lakdan imtina, etibarnamə vermək, xüsusi mükafatlandırma, müsabiqə, oyunların və mərclərin keçirilməsi və s.
birtərəfli əqdlər sayılır və buna görə də müqavilə kateqoriyasına aid edilmir. Ona görə aid edilmir ki, birtərəfli
ə
qdlərdə bir tərəfin iradəsi ifadə olunur. Müqavilələr isə bir tərəfin yox, iki və daha artıq (çox) tərəfin iradə ifa-
dəsinə əsaslanır. Özü də müqavilə onların qarşılıqlı razılaşdırılmış iradə ifadəsini bildirir. Bu, əqd kimi müqa-
Dostları ilə paylaş: |