Ümumiyyətlə, müqavilələrdən mülki qanunvericiliklə tənzimlənən münasibətlərdə iştirak edən bütün sub-
yektlər geniş səviyyədə istifadə edirlər. Bu subyektlər arasında yaranan münasibətlər alqı-satqı, icarə, kirayə,
bağışlama, dəyişmə, borc, daşıma, podrat, bank hesabı, depozit (bank əmanəti), lizinq, faktorinq və s. müqavilə-
Öhdəlik hüququ iki institutdan ibarətdir ki, müqavilə hüququ institutu bunlardan biridir. Müqavilə hüququ
doktrinasında mülki-hüquqi müqavilələrə aid olan materialın bir hissəsi öhdəliklər haqqında müddəa kimi başa
411
düşülür. Almaniya mülki hüquq ədəbiyyatında «müqavilə hüququ» anlayışından çox nadir hallarda istifadə olu-
nur. Müqavilələr haqqında normalar Almaniya MQ-nin «Ümumi hissə»sinin (birinji kitabının) «Əqdlər» adlı
üçüncü bölməsində «Müqavilə» fəslinə (§ 145-157) daxil edilmişdir. Müqavilənin ayrı-ayrı növləri MQ-nin di-
gər fəsillərində ifadə olunan normalarla qaydaya salınır (məsələn, qanunnamənin ikinci kitabının ikinci bölmə-
sinin birinji və ikinci fəsillərinə aid olan normalarla və s.). Belə təsəvvür yaranır ki, Almaniya MQ-də müqavilə
haqqında normalar tam sistem halında birləşməmişdir. Almaniya hüquq ədəbiyyatında mülki hüquq sistemində
müqavilələr haqqında materialın yeri müxtəlif cür müəyyənləşdirilir. K.Larens müqavilələr haqqında müddəala-
rı MQ-nin ümumi hissəsində şərh edir. Başqa müəlliflər, MQ-nin strukturuna əsaslanmaqla, müqavilə haqqında
materialı əqdlər barədə müddəalarda, habelə öhdəlik hüququnun xüsusi hissəsində izah edirlər. Yaponiya dokt-
rinasında «müqavilə hüququ» anlayışından yox, «müqavilə» anlayışından istifadə olunur. Burada müqavilə ba-
rədə normalar öhdəlik hüququnda nəzərdən keçirilir. Yaponiya MM-in 521-548-ji maddələri müqavilənin bağ-
lanması, pozulması və onun nəticələrini müəyyənləşdirir.
Müqavilə hüququnun əsas və fundamental prinsipi müqavilə azadlığı prinsipidir. Bu prinsip MM-in 6-jı
maddəsində təsbit edilmişdir. Həmin prinsip müqavilə bağlayan tərəflərin könüllü olaraq müqavilə münasibətləri-
nə girmələrini nəzərdə tutur. Müqavilə bağlamaq və onun şərtlərini müəyyənləşdirmək müstəsna olaraq tərəflərin
razılığına və sazişinə əsaslanır ki, bu, onların xüsusi mənafeyi ilə şərtlənir. Bu isə təsadüfi deyildir. Axı, müqavilə
münasibətlərinə daxil olan mülki hüquq subyektləri hüquq bərabərliyinə malikdirlər. Onların iştirak etdiklərin hə-
min münasibətlər hakimiyyət-tabeçilik əlaqəsi hesab edilmir.
Müqavilə azadlığı sosial-iqtisadi əhəmiyyətə malik olan prinsipdir. Bu prinsipin vacib rola malik olmasını
nəzərə alaraq, mülki qanunvericilik onu təmin edən bir neçə qayda müəyyən etmişdir (MM-in 390-jı maddəsi).
Bu qaydalara əsasən, müqavilə azadlığı prinsipi dörd müxtəlif aspektlərdə təzahür edir.
Birinji aspekt ondan ibarətdir ki, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı
Dostları ilə paylaş: