real müqavilə ola bilər. Bu müqavilələrin dairəsi də bir o qədər əhatəli və geniş deyil. Faktorinq, bağışlama,
sığorta kimi hüquqi konstruksiyalar bu cür müqavilələrə misal ola bilər. Götürək faktorinq müqaviləsini. Əgər
faktor müştəriyə pul vəsaiti verirsə, onda bu, real faktorinq müqaviləsi hesab edilir. Yox, əgər faktor müştəriyə
pul vəsaiti verməyi öhdəsinə götürürsə, müştəri isə pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürərsə, belə
halda söhbət konsensual faktorinq müqaviləsindən gedəjəkdir (MM-in 655-ji maddəsinin 1-ji bəndi). Əgər hə-
diyyə verən nəyi isə bağışlamağı vəd edərsə, yəni öhdəsinə götürərsə, onda bu, konsensual bağışlama müqavilə-
si sayılır. Qalan hallarda müqavilə real bağışlama müqaviləsi kimi qiymətləndirilir.
Nəzərə almaq vacibdir ki, konsensual müqavilələrdə (məsələn, alqı-satqı müqaviləsində) əmlakın verilməsi
(məsələn, alqı-satqı üzrə satıcının əmlakı alıcıya verməsi, alıcının isə pulu satıcıya verməsi) artıq bağlanmış mü-
Dostları ilə paylaş: |