kitərəfli müqavilələr odur ki, bu cür müqavilələr hər iki tərəf üçün hüquq və vəzifələr əmələ gətirir. Həmin
müqavilələrdə hər iki tərəf həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar. Belə ki, müqavilə nəticəsində
hüquq əldə edən tərəf, həm də eyni zamanda digər tərəfə münasibətdə vəzifə daşıyır. Başqa sözlə desək, bu mü-
qavilədə hər iki tərəf bir-birinə münasibətdə borclu və kreditor rolunda çıxış edirlər. Ona görə də ikitərəfli mü-
qavilələrə qarşılıqlı və ya sinallaqmatik müqavilələr (yunanja «synallagma» - dəyişmə, dövriyyə, müqavilə
deməkdir) də deyilir. Məsələn, alqı-satqı müqaviləsində satıcı həm kreditordur, həm də borclu şəxsdir. Alıcı isə
hər borclu şəxsdir, həm də kreditordur. Başqa sözlə desək, satıcı satdığı əşyanın pulunun verilməsini alıcıdan
tələb etmək hüququna malikdir. Bu baxımdan o, kreditor rolunda çıxış edir. Satıcı da satdığı əşyanı alıcıya ver-
mək vəzifəsini daşıyır. Bu aspektdən o, borclu şəxs hesab edilir. Alıcı aldığı əşyanın pulunu ödəmək vəzifəsini
daşıyır. Bu cəhətdən o, borclu şəxsdir. Alıcı satılan əşyanın ona verilməsini satıcıdan tələb etmək hüququna ma-
likdir. Bu baxımdan o, kreditor rolunda çıxış edir. Bu sözləri podrat, sığorta, dəyişmə, daşıma, icarə, kirayə və
digər müqavilələr haqqında da söyləmək olar. Axı, həmin müqavilələr qarşılıqlı müqavilə növünə şamil edilir.
Birtərəfli müqavilələrin sayı məhduddur. Bu cür müqavilələrə nadir hallarda rast gəlmək olur. kitərəfli (qar-
ş
ılıqlı) müqavilələrə gəldikdə isə qeyd etmək lazımdır ki, müqavilələrin əksəriyyəti qarşılıqlı müqavilə növünə
ş
amil edilir. Onların sayı kifayət qədər çoxdur.
Birtərəfli müqavilələri birtərəfli əqdlərdən fərqləndirmək lazımdır; onları bir-biri ilə qarışdırmaq olmaz. Bir-
tərəfli əqd bildiyimiz kimi, yalnız bir tərəfin iradəsini ifadə edir (məsələn, vəsiyyət etmək, etibarnamə vermək
və s.). Birtərəfli müqavilə isə bundan fərqli olaraq iki tərəfin iradəsi ilə bağlanır; o, kreditorun borclu ilə bağla-
dığı sazişdir. Lakin buna baxmayaraq, birtərəfli müqavilə yalnız bir tərəf üçün vəzifə yaradır.
Dostları ilə paylaş: |