427
viləsi çoxtərəfli müqaviləyə misal ola bilər. Başqa bir misalda borcun köçürülməsi barədə əvvəlki borclu, yeni
borclu (üçüncü şəxs) və kreditor öz aralarında razılığa gəlirlər (MM-in 522-ji maddəsi).
kitərəfli və çoxtərəfli müqavilələr onların əmələ gətirdiyi hüquqi nəticəyə görə bir-birindən fərqlənir. kitə-
rəfli müqavilələr hər iki tərəf üçün subyektiv hüquq və vəzifələr əmələ gətirir. Özü də onlar qarşılıqlı istiqamətə
malikdir. Bir tərəfin subyektiv hüquq və vəzifələri digər tərəfin subyektiv hüquq və vəzifələrinə uyğun gəlir.
Məsələn, podrat müqaviləsi üzrə podratçının əsas vəzifəsi işi görüb, onun nəticəsini sifarişçiyə təhvil vermək-
dən ibarətdir. Onun bu vəzifəsinə sifarişçinin işin nəticəsinin verilməsini tələb etmək hüququ uyğun gəlir. Sifa-
rişçinin isə əsas vəzifəsi görülmüş işin haqqını (qiymətini) ödəməkdən ibarətdir. Onun bu vəzifəsinə podratçı-
nın işin haqqının ödənilməsini tələb etmək hüququ uyğun gəlir. Bu sözləri alqı-satqı, icarə, daşıma, kirayə və
digər müqavilələr üzrə tərəflərin hüquq və vəzifələri haqqında da demək olar.
Çoxtərəfli müqavilələr bu xüsusiyyətdən, yəni tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olması kimi əla-
mətdən məhrumdur. Bu müqavilələrdə tərəflərin subyektiv hüquq və vəzifələri qarşılıqlı istiqamətə yox, eyni
bir səmtə yönəlir.
Göstərilən meyara görə müqavilələrdən fərqli olaraq, əqdlər iki növə yox, üç növə ayrılır: birtərəfli əqdlərə;
ikitərəfli əqdlərə; çoxtərəfli əqdlərə. Müqavilələrin birtərəfli müqavilə kimi növünün mövcud olması tamamilə,
qeyd-şərtsiz istisna edilir. Axı, ikitərəfli və ya çoxtərəfli əqdə müqavilə deyilir. Biz müqaviləyə məhz bu cür
anlayış veririk. Bu, onu göstərir ki, heç bir halda əqdlərin təsnifi baxımından müqavilənin birtərəfli müqavilə
kimi növü ola bilməz. Öz növbəsində birtərəfli əqdlərin (məsələn, vəsiyyət etmənin, etibarnamə verməyin və s.)
müqavilə rolunda çıxış etməsi istisna edilir.
Dostları ilə paylaş: