Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1342/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1338   1339   1340   1341   1342   1343   1344   1345   ...   1820
bəst) müqavilələdeyilir. Müqavilələrin əksəriyyəti azad (sərbəst) müqavilələr hesab edilir. 

Bağlanması, heç olmazsa, tərəflərdən biri üçün məcburi olan müqavilələrə məcburi müqavilələr deyilir. Bu 

cür müqavilələrin bağlanmasında tərəflərin arzu və istəkləri əsas rol oynamır. Məcburi müqavilələrə misal ola-

raq bank hesabı müqaviləsini misal göstərmək olar. Bankın borcu və vəzifəsidir ki, o, hesab açmaq təklifi ilə 

ona müraciət etmiş müştəri ilə bank hesabı müqaviləsi bağlasın. Bankın həmin hesabın açılmasından imtina et-

məyə ixtiyarı çatmır (MM-in 956-jı maddəsinin 2-ji və 3-cü bəndləri). Əgər bank hesabı müqaviləsinin bağlan-

masından bank əsassız boyun qaçırarsa, onda müştəri onu müqavilə bağlamağa məjbur etmək tələbi ilə məhkə-

məyə müraciət edə bilər. 

Ümumi müqavilələr də məcburi müqavilələrə şamil edilir. Ona görə ki, müvafiq tərəf kontragentlə müqavilə 

bağlamaqdan əsassız imtina edə bilməz (MM-in 400-cü maddəsinin 1-ji bəndi). Bu müqavilələr məcburi müqa-

vilələr arasında xüsusi əhəmiyyətə malikdir. 

Fidusiar müqavilə mülki-hüquqi müqavilələrin xüsusi qrupunu təşkil edir. Müqaviləni bağlayan tərəflərin şəxsi 

etimad münasibətlərinə əsaslanan müqavilə fidusiar müqavilə adlanır. Bu müqavilə iki əsas əlamətlə xarakterizə 

olunur. Birinji əlamət müvafiq tərəfin ölməsi ilə müqaviləyə xitam verilməsindən ibarətdir. Belə halda həmin tərə-

fin müqavilə üzrə öhdəlikləri hüquqi varislik qaydasında vərəsələrə keçmir.  kinci əlamət isə tərəflərin hər hansı 

bir motiv, dəlil olmadan birtərəfli qaydada müqaviləni pozmalarından ibarətdir. Belə ki, fidusiar müqavilə iştirak-

çıları istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Göstərilən hər iki əlamətə javab verdiyinə və uyğun gəldiyinə 

görə həm tapşırıq müqaviləsi, həm də komissiya müqaviləsi fidusiar müqavilə növünə şamil edilir.  

Mülki-hüquqi  müqavilənin  xüsusi  xarakterli  növlərindən  biri  aleator  müqavilə  adlanır.  Aleator  müqavilə 

dedikdə, tərəfləri risq elementini qəbul edən elə bir müqavilə başa düşülür ki, həmin element bu və ya digər tə-

rəfin faktik əldə etdiyi qarşılıqlı əvəzin onun özünün verdiyi qarşılıqlı əvəzin həcmindən az olması ehtimalından 

ibarətdir: bu növ müqaviləni bağlayan tərəflərdən hər biri müəyyən risqdən öz xeyri üçün istifadə edir. Ona görə 

də bu müqavilə çox vaxt «risqə əsaslanan müqavilə» adlanır. Aleator (risqli) müqavilənin ən geniş yayılmış nö-

vü ömürlük renta müqaviləsi hesab edilir. Bu müqavilənin aleator müqavilə kateqoriyasına aid edilməsi Fransa 

MM-in  1964-cü  maddəsində  rəsmən  qanunvericilik  qaydasında  təsdiqlənir  və  Fransa  sivilistika  doktrinasında 

ə

saslandırılır. Renta müqaviləsindən başqa, oyun və mərclərin keçirilməsi ilə bağlı müqavilə, habelə sığorta mü-



qaviləsi də aleator müqavilə növünə daxil olunur.  

Nümayəndəlik müqavilələri mülki-hüquqi müqavilələrin bir növünü təşkil edir. Nümayəndəlik hüquq müna-

sibətləri yaradan müqavilələrə nümayəndəlik müqavilələri deyilir. Bu müqavilələr nümayəndəlik münasibəti-

ni – nümayəndəliyi rəsmiləşdirir. Nümayəndəlik isə elə bir münasibətdir ki, bu münasibətə görə bir tərəf (nü-

mayəndə) digər tərəfin (tapşıranın) hesabına və onun mənafeyi üçün üçüncü şəxslərlə əqd bağlayır və bu əqd 

tapşıran üçün mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və ya xitam edir.  

Nümayəndəlik müqavilələri iki cür olur: klassik (açıq, birbaşa) nümayəndəlik müqavilələri; gizli (dolayı) nü-

mayəndəlik müqavilələri. Klassik nümayəndəlik müqavilələri odur ki, bu müqavilələrə görə, nümayəndə təmsil 

olunanın adından, tapşıranın mənafeyi üçün və onun hesabına üçüncü şəxslərlə əqd bağlayır. Bu zaman birbaşa, 

bilavasitə, düzünə və avtomatik olaraq tapşıran üçün hüquqi nəticə yaranır, yəni mülki hüquq və vəzifələr yaranır, 

dəyişir  və  ya  xitam  olunur.  Göstərilən  növ  nümayəndəlik  müqaviləsinə  ticarət  nümayəndəsi  (agenti)  haqqında 

müqaviləni misal göstərmək olar (MM-in 789-cu maddəsi).  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1338   1339   1340   1341   1342   1343   1344   1345   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin