Microsoft Word mulki huquq doc


Susmaq aksept hesab edilmir



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1360/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1356   1357   1358   1359   1360   1361   1362   1363   ...   1820
Susmaq aksept hesab edilmir (MM-in 409-cu maddəsinin 3-cü bəndi). Təklifə razılıq verilməsində məşhur 

kəlamdan istisnaya yol verilir. Məşhur kəlamda deyilir ki, susmaq razılıq əlamətidir. Təklifə münasibət bildiri-

lərkən, bundan fərqli olaraq, susmaq razılıq əlaməti hesab edilmir. Bu, o deməkdir ki, müqavilə bağlamaq barə-

də təklif alan şəxs ona münasibət bildirməyib susursa, bu, aksept sayılmır. 

Susmağı aksept hesab etməyən qanun norması imperativ yox, dispozitiv xarakter daşıyır. Belə ki, MM-dən, 

işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda da irəli gələr bilər (MM-in 409-cu 

maddəsinin 3-cü bəndi). Məsələn, ticarət agenti haqqında müqavilənin müddəti başa çatır. Ticarət agenti yeni-

dən müqavilə bağlamaq təklifi ilə tapşırana müraciət edir. Əgər tapşıran dinmirsə, susursa və ticarət agenti öz 

fəaliyyətini davam etdirirsə, müqavilə qeyri-müəyyən müddətə bağlanmış hesab edilir (MM-in 794-cü maddəsi-

nin 1-ji bəndi). Bu halda aksept susmaq formasında həyata keçirilir.  carə müqaviləsinin müddəti qurtardıqdan 

sonra  ona  xitam  vermək  haqqında  tərəflərdən  birinin  (icarəyə  verənin  və ya  icarəçinin)  ərizəsi  olmadıqda,  o, 

müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Bu halda da həm ofer-

ta, həm də aksept yenidən bağlanmış müqavilə üzrə susmaq formasında həyata keçirilir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1356   1357   1358   1359   1360   1361   1362   1363   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin