yetirilməsi üçün müvafiq hərəkətlər edilməsi aksepti ifadə edir. Bu cür hərəkətlərin aksept kimi tanınması
üçün vacibdir ki, o, aksept üçün müəyyənləşdirilmiş müddətdə icra edilsin. Göstərilən hərəkətlərin dairəsi kifa-
yət qədər genişdir: malları yola salmaq; xidmətlər göstərmək; işlər görmək; müvafiq məbləği ödəmək və s.
üçün hərəkətlər edilməsi. Məsələn, dəmir-beton məmulatı (DBM) müəssisəsi sement istehsal edən müəssisəyə
ona sement göndərmək barədə müqavilə bağlamaq təklifi ilə müraciət edir. Sement müəssisəsi təklifi (ofertanı)
alan kimi vaqonlarda dəmir yolu vasitəsilə kifayət qədər sement göndərir. Onun etdiyi bu cür hərəkət aksepti
ifadə edir. Tərəflərin münasibəti isə müqavilə münasibəti hesab olunur. Alıcı, yəni DBM müəssisəsi ödənişi ge-
jikdirərsə və ya verməzsə, o, müqavilə öhdəliyinin pozulmasına görə məsuliyyət daşıyır.
Beləliklə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə
şə
rtlərini yerinə yetirmək üçün hərəkətlər etməsi aksept sayılır (MM-in 409-cu maddəsinin 4-cü bəndi). Buna
konklyudent hərəkətlər deyilir. Göstərilən bu qayda dispozitiv xarakter daşıyır. Belə ki, ofertada ayrı qayda nə-
zərdə tutula bilər.
Bununla belə, təklifi alan şəxsin faktiki hərəkətləri də aksept sayıla bilər. Təklif ümumi oferta formasında
ifadə edildiyi hallarda, alıcı ödənişi həyata keçirməklə faktiki hərəkətlər edir. Məsələn, satış yerində (piştaxta-
larda, vitrinlərdə və s.) malların qoyulması, onların nümunələrinin nümayiş etdirilməsi və ya satılan mallara da-
ir məlumatların (malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin və s.) təqdim edilməsi ümumi oferta sayı-
lır. Alıcı malı alarkən onun pulunu ödəyir və təklifi aksept edir. Qarşı tərəfin müqavilə üzrə hərəkətləri də ak-
sept hesab edilə bilər. Məsələn, vətəndaşın avtobusda bilet alması, qonağın mehmanxanada qalması üçün qəbz
alması və s. aksept kimi qəbul edilir.
Dostları ilə paylaş: |