4. Müqavilənin bağlanması anı və müqavilənin bağlandığı yer
Müqavilələr bağlanarkən müqavilənin bağlanması anının və müqavilənin bağlandığı yerin çox vacib əhəmiy-
yəti vardır. Müqavilənin bağlanması anı ona görə mühüm əhəmiyyət kəsb edir ki, müqavilə bağlayan tərəflə-
rin hüquq və vəzifələrinin əmələ gəlməsi bu anla şərtlənir. Məhz bu andan müqavilə iştirakçıları üçün hüqu-
qi nəticə yaranır, yəni mülki hüquq münasibətləri əmələ gəlir, dəyişir və ya xitam olunur. Müqavilənin bağlan-
ması anını təyin etmədən müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrin yaranma məqamını müəyyənləşdir-
mək qeyri-mümkündür. Buna görə də qüvvədə olan mülki qanunvericilik müqavilənin bağlanması anına xüsusi
ə
həmiyyət verir və onun tənzimlənməsinə ayrıja norma həsr edir (MM-in 407-ji maddəsi).
Müqavilənin bağlanması anını müəyyənləşdirmək üçün üç qayda mövcuddur:
●
konsensual müqavilələrin bağlanması haqqında qayda;
●
real müqavilələrin bağlanması haqqında qayda;
●
dövlət qeydiyyatına alınması tələb olunan müqavilələrin bağlanması haqqında qayda.
Dostları ilə paylaş: |