ması tərəflərin sazişi ilə yox, məhz qanunla müəyyən edilir. Məsələn, tərəflər alqı-satqı müqaviləsini real
müqavilə şəklində bağlaya bilməzlər, yəni onlar əmlak alıcıya verildiyi andan alqı-satqı müqaviləsinin bağlan-
ması barədə razılığa gələ bilməzlər. Amma bundan fərqli olaraq tərəflər bağışlama müqaviləsini real müqavilə
və ya konsensual müqavilə şəklində bağlaya bilərlər. Buna görə də qanunvericinin MM-in 407-ji maddəsinin 2-
ji bəndində ifadə olunan «müqavilə müvafiq əmlakın verildiyi andan bağlanmış sayılır» göstərişini «sadə yazılı
müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq
edildiyi andan bağlanmış sayılır» göstərişi ilə əvəz etməsinin heç bir əsası yoxdur. Ona görə ki, bir qayda ola-
raq, konsensual müqavilə imzalandığı andan bağlanmış sayılır, eləjə də tərəflər üçün hüquq və vəzifələr əmələ
gətirir. Real müqavilələr isə imzalandığı andan yox, əmlak qarşı tərəfə verildiyi andan bağlanmış sayılır.
Məsələn, tərəflər (bank və əmanətçi) sənəd tərtib edərək bank əmanəti müqaviləsi bağlamaq məqsədilə onu im-
zalayırlar; lakin bu andan yox, məhz pul banka təhvil verildiyi andan müqavilə bağlanmış sayılır. Ona görə ki,
bank əmanəti müqaviləsi real müqavilədir.
Notarial qaydada təsdiq edilməli real müqavilə (məsələn, daşınmaz əmlakın rentaya verilməsi müqaviləsi)
təsdiq edildiyi andan bağlanmış sayıla bilməz; bunun üçün, şübhəsiz, əmlakın müvafiq tərəfə verilməsi tələb
olunur.
Dostları ilə paylaş: |