kincisi, əvəzli müqavilələrdə qiyməti müəyyən edərkən müqavilənin bağlandığı yer böyük əhəmiyyətə
malik olur. Belə ki, bəzi hallarda əvəzli müqavilədə qiymət nəzərdə tutulmur və onu müqavilə şərtlərinə əsasən
müəyyənləşdirmək mümkün olmur. Bu cür vəziyyətdə müqavilə bağlandığı yerdə müqayisəyə gələ bilən oxşar
mallar, işlər və ya xidmətlər üçün, adətən, alınan qiymət əsas kimi götürülür. Üçüncüsü, müqavilə şərtlərinin
təfsirində müqavilənin bağlandığı yer böyük rol oynaya bilər.
Vacib əhəmiyyətə malik olan məsələlərdən biri müqavilənin qüvvədə olma müddətinin başlanğıjını və sonu-
nu müəyyənləşdirməkdən ibarətdir. Müqavilə bağlandığı andan qüvvəyə minir (MM-in 399-cu maddəsinin 1-ji
bəndi). Deməli, qanun müqavilənin hüquqi qüvvəyə minməsi anını müqavilənin bağlanması anı ilə əlaqə-
ləndirir. Konsensual müqavilələrin bağlanması anı tərəflərin sazişə gəlmələri (oferentin aksepti alması) anı ilə,
real müqavilələrin bağlanması anı əmlakın verilməsi anı ilə, müqavilə üzrə hüquqların dövlət qeydiyyatına alın-
ması tələb edilən müqavilələr isə bu hüquqların qeydə alındığı anla şərtlənir. Biz bu barədə yuxarıda danışmı-
ş
ıq.
Müqavilə qüvvəyə mindikdən sonra tərəflər üçün məcburi xarakter daşıyır. Tərəflər müqavilədən əmələ gə-
lən öhdəliyi icra etməyə və onun pozulmasını aradan qaldırmağa borcludurlar. Beləliklə, mülki qanunvericilik
Dostları ilə paylaş: |