ququn sisteminə aid olunan başlıca və əsas hüquq sahəsi mülki hüquqdur. Mülki hüquq xüsusi hüququn
özəyini, təməlini, bünövrəsini, necə deyərlər, úövhərini təşkil edir. O, xüsusi hüququn aparıcı, baza sahəsi he-
sab olunur. Sivil və qabaqcıl hüquq sistemlərində (məsələn, Almaniya, Italiya, Fransa, Hollandiya və s. dövlət-
lərin hüquq sistemlərində) də mülki hüquq xüsusi hüquq sferasının əsasını təşkil edir. Qədim Romada «xüsusi
hüquq» və «mülki hüquq» identik (eyni) anlayışlar hesab olunurdu. Qeyd etdiyimiz kimi, Romada mülki hüquq
(müasir mənada) xüsusi hüquq anlayışı ilə əhatə olunmuşdu.
Müstəqil hüquq sahəsi olan əmək hüququna gəldikdə, qeyd etmək lazımdır ki, bu sahə xüsusi hüquqa şamil
olunur. Bu, kontinental Avropa hüququ ənənələrinə uyğun gəlir. Belə ki, kontinental Avropa hüququnda, hər
ş
eydən əvvəl, bu hüququn alman qolunda (hissəsində) əmək hüququ xüsusi-hüquqi təbiətə malikdir. ßmək hü-
ququnun əmək müqaviləsi, əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı kimi institutları xüsusi hüquq
institutlarıdır. Bununla belə, əmək hüququ ümumi hüquq münasibətlərindən və elementlərindən məhrum deyil.
Məsələn, əmək hüququnun sosial təminat münasibətləri ümumi-hüquqi təbiətə malikdir.
Dostları ilə paylaş: |