Ticarət (kommersiya) hüququna gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının daxili mil-
li hüquq sistemində müstəqil hüquq sahəsi kimi bu cür hüquq ayrılmadıüına və fərqlənmədiyinə görə onun xü-
susi hüquqa aid edilməsi barədə söhbət gedə bilməz. Azərbaycan Respublikasında xüsusi olaraq ticarət (kom-
mersiya) hüququnun ayrılması üçün hər hansı bir amil, sosial-siyasi, ictimai-iqtisadi, milli-tarixi və digər əsas-
lar yoxdur. Ölkəmizdə xüsusi olaraq ayrıca ticarət (kommersiya) hüququnun yaranması və inkişafı üçün hər
hansı bir tarixi genezis (kök, mənbə) müvcud deyil.
Bəzi müəlliflər korporativ hüququnu, habelə müqavilə hüququnu müasir xüsusi hüququn növləri hesab
edirlər. Inkişaf etmiş xarici hüquq sistemlərində hüquqi şəxslər haqqında mülki hüquq normalarının bazası əsa-
sında, bir qayda olaraq, adətən, kommersiya təşkilatlarının (hüquqi şəxslərin bir növünün) statusu haqqında
qayda müəyyən edirlər. Bu qaydaların məcmusu və birliyi «kompaniya hüququ» («şirkət hüququ») anlayışı
ilə əhatə olunur. Kompaniya hüququna korporativ hüququ da deyilir. Korporativ hüququ hüququn müstəqil sa-
həsi hesab edilmir. O, qeyri-müstəqil hüquqi qurumdur. Bu hüquqi qurum ya mülki hüququn hissəsi kimi, ya da
ticarət hüququnun hissəsi kimi xüsusi hüquqa daxil edilir.
Dostları ilə paylaş: |