Müqavilə hüququ da müstəqil hüquqi qurum sayılmır. O, mülki hüququn, daha doürusu, onun ən böyük və
iri yarımsahəsi olan öhdəlik hüququnun əsas institutudur. Müqavilə hüququ öhdəlik hüququnda üstün mövqe
tutur. Bu institut normal iqtisadi dövriyyəni və mübadilə münasibətlərini tənzimləyir. O, öhdəlik hüququnun
aparıcı hissəsidir. Müasir müqavilə hüququ kommersiyalaşdırılır (kommersiyalaşdırma). Belə ki, müqavilə hü-
ququnda sahibkarlıq (kommersiya) fəaliyyətini tənzimləyən normalar nəzərdə tutulmuşdur. Məsələn, sahibkar-
lıq sferasında tətbiq edilən franzayzinq, faktorinq, lizinq və digər müqavilələr barədə normalar bütövlükdə mülki
(əmlak) dövriyyəyə güclü təsir göstərir. Söylədiklərimizdən belə təsəvvür yaranır ki, müqavilə hüququnun norma-
ları xüsusi-hüquqi təbiətə malikdir. Lakin o, müstəqil hüquqi qurum kimi yox, mülki hüququn tərkib hissəsi (insti-
tutu) kimi xüsusi hüquq sisteminə daxildir.
Dostları ilə paylaş: |