tərəflər iradə müstəqilliyinə və sərbəstliyinə malikdirlər. Xüsusi hüquq ayrı-ayrı şəxslərin — bazarda öz
məhsulunu satan əmtəə istehsalzılarının, mülkiyyətzilərin sərbəstliyi üçün geniş imkanlar verir. Xüsusi hüquq
münasibətində iştirak edən tərəflər müqavilə baülayıb-baülamamasını, müqavilə baülanan zaman hansı müqabil
tərəfi sezib-sezməməyi, müqaviləni hansı şərtlərlə baülayıb-baülamamasını, öz mülkiyyət hüququnu müdafiə
edib-etməməsini, məhkəməyə iddia verib-verməməsini, əmlak dövriyyəsində iştirak edib-etməməsini və s. öz ar-
zu, istək və iradələri əsasında müəyyənləşdirir və həll edirlər. Hez kəsin ixtiyarı zatmır ki, əmlak dövriyyəsində
çıxış edərkən, müqavilə baülayarkən, müqavilə üzrə tərəf müqabili (kontragent) sezərkən, öz əmlakı üzrə
sərəncam verərkən, vəsiyyətnamə tərtib edərkən və s. xüsusi hüquq subyektinə onun iradəsinin ziddinə olaraq tə-
sir göstərsin.
Xüsusi hüququn üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqla nizama salınan münasibətlərdə iştirak
edən subyektlər əmlak müstəqilliyinə malikdirlər. ßmlak müstəqilliyi normal sahibkarlıq və ya təsərrüfat fə-
aliyyəti üçün əsas və vacib şərtdir. Bunsuz xüsusi hüquq münasibəti iştirakzısı əmlak dövriyyəsində çıxış edə
bilməz. Belə ki, o, əmlak hesabına mənfəət və gəlir (qazanc) götürür. Bununla belə, bu tərəf özünün tərəf müqa-
bili (kontragenti) qarşısında üzərinə götürdüyü öhdəliyə gürə öz əmlakı ilə məsuliyyət daşıyır.
Xüsusi hüququn mahiyyəti onun prinsiplərində ifadə olunur. Bu hüququn əsas prinsipləri yeni Mülki
Məcəllədə qanunvericilik qaydasında təsbit olunmuşdur. Xüsusi hüququn əsas və başlıca prinsipləri bunlardır:
●
xüsusi hüquq subyektlərinin hüquq bərabərliyi prinsipi;
●
mülkiyyət toxunulmazlıüı prinsipi;
●
müqavilə azadlıüı prinsipi;
●
xüsusi işlərə kimsənin özbaşına qarışmasının yolverilməzliyi prinsipi və s.
Xüsusi hüququn prinsipləri bütün sivil dünyanın qəbul etdiyi vətəndaş cəmiyyəti ilə sıx surətdə bağlıdır. Bu
cəmiyyət ayrılmaz atributlarla xarakterizə olunur: iqtisadi azadlıq; xüsusi mülkiyyət; sahibkarlıq; bazar sub-
yektlərinin hüquq bərabərliyi və müdafiəsi. Xüsusi hüququn prinsipləri bu atributlara əsaslanaraq onlarla vəh-
dətdə və qarşılıqlı əlaqədədir.
|