ona oxşar olan mallar üçün adətən müəyyən edilən qiymət qoyulur. Əşyaya hansı qiymətin qoyulması mü-
qayisəyə gələ bilən hallardan asılı olaraq müəyyən edilir. Müqayisəyə gələ bilən halların mövcudluğunu isə ma-
raqlı tərəf sübut etməlidir.
Elə hallar olur ki, satılan əşyanın qiyməti həmin əşyanın çəkisindən asılı olaraq müəyyənləşdirilir. Belə hal-
da qiymət xalis çəkiyə görə təyin edilir (MM-in 597.2-ci maddəsi). Bu qayda 1980-ci il Vyana konvensiyasının
56-jı maddəsindən iqtibas edilmişdir. Lakin MM-in göstərilən qaydanı nəzərdə tutan müvafiq maddəsi dispozi-
tiv xarakter daşıyır. Bu onu ifadə edir ki, tərəflərin razılığı ilə alqı-satqı müqaviləsində ayrı qayda da nəzərdə
tutula bilər.
Satılan əşyanın qiyməti, bir qayda olaraq, Azərbayjan manatı ilə müəyyən edilir. Ona görə ki, Azərbayjan
Respublikasının pul vahidi manatdır. Azərbayjan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin
ödəniş vasitəsi kimi işlədilməsi qadağandır (Konstitusiyanın 19-cu maddəsinin I və II hissələri). Lakin satılan
əş
Dostları ilə paylaş: |