ya üçün ödəniş vasitəsi kimi xarici valyutadan da istifadə edilə bilər. Vətəndaşlar və hüquqi şəxslər qa-
nunda nəzərdə tutulmuş hallar istisna olmaqla, valyuta sərvətləri ilə hər hansı əqd bağlamaq və əməliyyatlar
aparmaq hüququna malikdirlər («Valyuta tənzimi haqqında» AR Qanununun 4-cü maddəsinin 1-ci bəndi). Bu-
nun üçün zəruridir ki, Mərkəzi Bank bu cür əməliyyatların aparılmasına və həyata keçirilməsinə icazə (li-
senziya) versin.
5. Alqı-satqı müqaviləsində müddət
Alqı-satqı müqaviləsində müddət satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etməsi vaxtını ifadə
edir. Başqa sözlə desək, öhdəliyin icra edilməsi vaxtı, tərəflərin öz vəzifələrini həyata keçirmələri vaxtı alqı-
satqı müqaviləsində müddət anlayışının mahiyyətini bildirir.
Alqı-satqı müqaviləsində müddət müqavilənin mühüm şərti sayılmır. Müddət tərəflərin razılığı ilə müəy-
yən edilir. Deməli, satıcının əşyanı vermək vəzifəsinin icrası müddəti tərəflərin razılığı ilə alqı-satqı müqaviləsin-
də nəzərdə tutulur. Müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə, kreditor öhdəliyin dərhal
icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi və
569.1-ci maddəsi). Göstərilən qayda Vyana konvensiyasının 33-cü maddəsindən iqtibas edilmişdir.
Tərəflər öz aralarında qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə müqavilə bağlaya bilər-
lər. Elə bir müqavilə ki, həmin müqavilənin icra edilməsi yalnız qəti olaraq müəyyən olunmuş müddətədək hü-
quqi əhəmiyyət kəsb edir, alıcının ona olan marağının itməməsini şərtləndirir. Bu cür müqavilələri icra müddəti
göstərilən alqı-satqı müqavilələrindən fərqləndirmək lazımdır. Hüquq ədəbiyyatında həmin müqaviləni müəy-
yən müddətə bağlanan müqavilə, müəyyən müddətə bağlanan kontrakt adlandırırlar. Bu cür müqavilənin məz-
munundan aydın şəkildə görünür ki, əgər onun icrası müddəti pozularsa, onda bu, alıcının ona marağının itmə-
sinə səbəb olur (MM-in 569.2-ci maddəsi). Məsələn, uşaq oyunjaqları istehsal edən müəssisə ilə (satıcı ilə) alqı-
satqı ilə məşğul olan hər hansı firma (alıcı) arasında yeni il şənliklərinə kimi dekabr ayının 20-də bir partiya ye-
ni il yolkası göndərmək barədə müqavilə bağlanılır. Bu, qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti
ilə bağlanan müqaviləyə ən yaxşı misaldır. Aydındır ki, yeni ildən sonra alıcıların yolka oyunjaqlarına marağı
itəjəkdir. Ona görə də bu cür müqavilədə müqavilənin qəti müəyyənləşdirilmiş müddətə icra edilməsi xüsusi
ə
həmiyyətə malik olur. Bunun üçün də satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət
keçdikdən sonra həmin müqaviləni icra edə bilməz. Bununla belə, həmin müqavilənin icra edilməsi istisna edil-
mir. Lakin bunun üçün zəruridir ki, müqavilənin icrasına alıcı razılıq versin (MM-in 569.2-ci maddəsi).
MM-in 569.2-ci maddəsində nəzərdə tutulan qayda bizim mülki qanunvericilikdə yeni haldır. Xarici hüquq
sistemlərində bu qaydadan geniş surətdə istifadə edirlər. Həmin qayda keçmiş Sovet ttifaqının xarici ticarət
dərəcəsində tətbiq edilirdi. Keçmiş Qarşılıqlı qtisadi Yardım Şurasının sənədlərində icra olunma şərti qəti ola-
raq müəyyən edilən müqavilə növü nəzərdə tutulmuşdu.
458
Müqavilədə tərəf kimi çıxış edən satıcı müqaviləni qəti olaraq müəyyən edilən müddətdə icra etmədikdə,
yəni müqavilənin icra müddəti barədə şərtini pozduqda alıcının ixtiyarı var ki, icranın qəbulundan imtina et-
Dostları ilə paylaş: |