nunu əmələ gətirir.
Satıcının əsas vəzifəsi əşyanı alıcının mülkiyyətinə verməkdən, özü də yalnız alqı-satqı müqaviləsində nə-
zərdə tutulan əşyanı alıcıya verməkdən ibarətdir. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya
verməyə borcludur (MM-in 568.1-ci maddəsi).
Satıcının alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya vermək vəzifəsi qanunda nəzərdə tutulan
hərəkətlərin edilməsini, bir sıra tələblərə (şərtlərə) əməl olunmasını əhatə edir. Yalnız bu tələblərə riayət
edilməsi satıcının əsas vəzifəsinin – əşyanın alıcının mülkiyyətinə verilməsi vəzifəsinin gerçəkləşdirilməsini
şə
rtləndirir. Onu da qeyd etmək zəruridir ki, bu tələblərin (şərtlərin) əksəriyyəti Vyana konvensiyasından iqti-
bas edilmişdir. Göstərilən tələblərə (şərtlərə) daxildir:
●
əşyanın təhvil vermək yolu ilə və ya alıcının ixtiyarına vermək yolu ilə alıcıya çatdırılması (MM-in
570.1-ci və 570.2-ci maddələri);
●
əşyanın yardımçı əşya ilə, habelə əşyaya aid olan sənədlərlə birlikdə verilməsi (MM-in 568.2-ci maddə-
si);
●
əşyanın üçüncü şəxslərin hüquqlarından azad şəkildə verilməsi (MM-in 572-ci maddəsi);
●
satılan əşyanın nəzərdə tutulan miqdarda verilməsi (MM-in 577-ci maddəsi);
●
satılan əşyanın tərəflərin razılığı ilə müəyyən edilən çeşiddə verilməsi (MM-in 579-cu maddəsi);
●
satılan əşyanın alqı-satqı müqaviləsində nəzərdə tutulan keyfiyyətdə verilməsi (MM-in 581-ci maddəsi);
●
satılan əşyanın müqavilənin komplektlik haqqında şərtlərinə uyğun gəlməklə, yəni komplektləşdirici
məmulatlarla birlikdə verilməsi (MM-in 590-jı maddəsi);
459
●
müqavilədə nəzərdə tutularsa, malın komplekt (dəst) şəklində verilməsi (MM-in 591-ci maddəsi);
●
əşyanın alıcıya tara və qabda verilməsi (MM-in 593-cü maddəsi).
Dostları ilə paylaş: |