1.1. Əşyanın alıcıya təhvil vermək yolu ilə və ya
alıcının ixtiyarına vermək yolu ilə alıcıya çatdırılması
Əş
ya alıcıya satıcı tərəfindən MM-in 570-ci maddəsində nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi yolu
ilə verilir. Həmin yollara aiddir:
●
satılan əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verilməsi yolu;
●
satılan əşyanın alıcının ixtiyarına verilməsi yolu;
●
satılan əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya (nəqliyyat təşkilatına) təhvil verilməsi yolu;
●
satılan əşyanın alıcıya çatdırılmaq üçün rabitə təşkilatına təhvil verilməsi yolu.
Göstərilən dörd yolla satılan əşyanın alıcıya verilməsi anı (məqamı) satıcının əşyanı vermək vəzifəsinin
icrası anı (məqamı) hesab edilir. Bu üsulların seçilməsi əşyanı daşımaq vəzifəsinin kimə həvalə edilməsindən,
həmçinin öhdəliyin icra yerindən asılı olaraq müəyyən edilir. Əgər müqavilə ilə satılan əşyanı çatdırmaq vəzifə-
si satıcıya həvalə edilərsə, onda əşyanı alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verməklə o, özünün əşyanı
verməkdən ibarət olan əsas vəzifəsini icra etmiş olur. Belə halda təhvil verilmə məqamı satıcının əşyanı ver-
mək vəzifəsinin icrası anını (məqamını) şərtləndirir (MM-in 570.2-ci maddəsi). Əgər əşya alıcıya və ya onun
göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilərsə, onda əşyanın alıcının ixtiyarına verildiyi məqam satıcının əşya-
nı vermək vəzifəsinin icrası məqamı olajaqdır (MM-in 570.1.2-ci maddəsi.). Lakin əşyanın alıcının ixtiyarına
verilmiş sayılması üçün qanun iki şərtə əməl olunması qaydasını müəyyən edir. Birinci şərt ondan ibarətdir
ki, əş
Dostları ilə paylaş: |