ya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olmalıdır. Malın (əşyanın) ve-
rilməyə hazır olması dedikdə onun nişanlanma (damğalanma) yolu ilə və ya başqa şəkildə müqavilənin məqsəd-
ləri üçün eyniləşdirilməsi başa düşülür. Bu cür eyniləşdirmə malı nişanlamaq (damğalamaq) və ya onun tara və
qabını nişanlamaq yolu ilə həyata keçirilir. kinci şərt ondan ibarətdir ki, müqavilənin şərtlərinə uyğun surətdə
alıcı bundan xəbərdar olmalıdır.
Ə
gər alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsi irəli gəl-
məzsə, belə halda satıcının əşyanı alıcıya vermək vəzifəsi əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabi-
tə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (MM-in 570.2-ci maddəsi).
Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı barədə MM-in 570-ci maddəsi dispozitiv xarakter daşıyır.
Bu onu ifadə edir ki, tərəflər bu barədə ayrı qayda da nəzərdə tuta bilərlər.
Alıcının olduğu yerdə təhvil verilməklə malın ona verilməsi və malın olduğu yerdə alınması aktla, alıcının
verdiyi qəbzlə və digər sənədlərlə təsdiqlənir. Mal daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildikdə isə yük
qaiməsi, konosament, poçt qəbzi və s. sənədlər verilir.
Satıcının əşyanı vermək vəzifəsinin icrası həmin əşya üzərində mülkiyyət hüququnun, habelə əşyanın tə-
Dostları ilə paylaş: |