2.4. Nisyə (kreditlə) satılmış əşyanın ödənilməsi
Alıcı əşyanı satıcıdan bilavasitə təhvil aldıqdan sonra da ödəyə bilər. Bu cür ödənişdən xüsusilə malların
nisyə (kreditlə) satışında istifadə edilir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət
sonra ödənilməsi nəzərdə tutularsa, buna əşyanın nisyə (kreditlə) satışı deyilir. Belə halda həyata keçirilən
ödəniş isə nisyə (kreditlə) ödəniş adlanır. Əşyaların nisyə (kreditlə) satışı qabaqjadan ödəniş kimi kommersi-
ya kreditinin bir növüdür. Kommersiya kreditinin bu növü kommersiya kreditinin digər növü olan qabaqja-
dan ödənişdən onunla fərqlənir ki, burada mal alıcıya onun qiymətinin ödənilməsindən əvvəl verilir, yəni ödə-
niş mal alıcıya təhvil verildikdən sonra həyata keçirilir. Qeyd etdiyimiz kimi qabaqjadan ödəniş adlı kommersi-
ya kreditində isə ödəniş malın verilməsindən əvvəl yerinə yetirilir.
Əş
yaların nisyə satışında ödənişin müddəti alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilədə belə müd-
dət nəzərdə tutulmadıqda, qabaqjadan ödəniş barədə analoji qayda tətbiq edilir, yəni alıcı ağlabatan müddətdə
öhdəliyi icra etməlidir (MM-in 427.2-ci maddəsi).
Bazarda qiymətlərin dəyişməsi nisyə satılmış əşyanın qiymətinə təsir göstərmir. Belə ki, nisyə satılmış əşya-
Dostları ilə paylaş: |