Alıcı heyvanda, quşda və balıqda başlıja qüsur aşkar etdiyi hallarda qarantiya müddəti qurtardıqdan sonra
həmin müddət bitənədək tələf ola və ya kəsilə bilər. Belə halda alıcı özünün məlumat (bildiriş) vermək vəzifəsi-
ni heyvanın, quşun və ya balığın kəsilməsindən və ya tələf olmasından dərhal sonra yerinə yetirir.
483
Alıcının göstərilən vəzifəni, yəni başlıja qüsur barəsində bildiriş (məlumat) vermək vəzifəsini icra etməməsi
onun üçün xoşagəlməz və arzuolunmaz nəticələrə səbəb olur. Belə ki, həmin vəzifənin yerinə yetirilməməsi
alıcını baş
lıja qüsurla əlaqədar ona mənsub olan hər hansı hüquqdan məhrum edir. Alıcı bu kimi halda
müqavilənin ləğv edilməsini və ona dəymiş zərərin əvəzinin ödənilməsini və yaxud heyvanın, quşun və balı-
ğ
ın başqa cinslə dəyişdirilməsini tələb edə bilməz. Yalnız bir halda alıcının bildiriş (məlumat) verməməsi onu
başlıja qüsur ilə bağlı satıcıya tələb irəli sürmək hüququndan məhrum etmir. Bu, satıcının başlıja qüsur barəsin-
də qəsdən susaraq onu gizli saxlaması halından ibarətdir. Əgər satıcı başlıja qüsur barəsində qəsdən susmuşdur-
sa, alıcı bu qüsur barəsində satıcıya məlumat (bildiriş) verib-verməməsindən asılı olmayaraq satıcıya tələb irəli
sürmək ixtiyarına malikdir.
Bəzən də elə olur ki, alıcı başlıja qüsur barəsində satıcıya məlumat vermir və ya ona bu barədə bildiriş gön-
dərmir. Alıcı sadəjə olaraq satıcıya başlıja qüsurla əlaqədar iddia irəli sürür. Bu hal alıcını başlıja qüsur əsa-
sında ona məxsus olan hüquqlardan məhrum etmir. Belə çıxır ki, satıcıya başlıja qüsur barəsində məlumat ver-
mək və ya ona bu barədə bildiriş göndərmək satıcıya qarşı iddia irəli sürməyə bərabər tutulur.
Qarantiya müddəti qurtardıqdan yalnız iki ay ərzində müqaviləni ləğv etmək, heyvanı (balığı, quşu) dəyiş-
dirmək və ya zərərin əvəzini ödəmək hüququ gerçəkləşdirilə bilər. Bu müddətin ötməsi və keçməsi ilə həmin
hüquqların həyata keçirilməsi mümkün olmur. Belə ki, qarantiya müddəti qurtardıqdan iki ay sonra müd-
dətin keçməsinə görə həmin hüquqlar qüvvədən düşür (MM-in 613.2-ci maddəsi).
TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT
Osnovnıe institutı qracdanskoqo prava zarubecnıx stran. Sravnitelğno-pravovoe issledovanie / Pod red
V.V.Zalesskoqo. M., 1999.
Qracdanskoe i torqovoe pravo kapitalistiçeskix qosudarstv / Pod red. E.A.Vasilğeva. M., 1993.
Qracdanskiy kodeks Niderlandov /Perevod M.Ferştmana. Leyden. 1996.
III FƏS L
PƏRAKƏNDƏ ALQI-SATQI MÜQAV LƏS
Dostları ilə paylaş: